10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Xəstə övladımı iş yoldaşlarıma tapşırıb cəbhəyə yollandım” -
Qələmini süngüyə çevirən jurnalist - FOTOLAR
İkinci Qarabağ müharibəsi dövründə qələləmini süngüyə çevirənlər də az deyildi. Söhbət jurnalistlərimizdən gedir. Onlar Vətənin bircə çağırışı ilə çantalarını çiyinlərinə atıb cəbhəyə yollandılar. Aralarında çağırışçı da var idi, könüllü də. Cavan da var idi, orta yaşlı da.
Sozcu.info xəbər verir ki, onlardan biri də “Azərbaycan” qəzetinin əməkdaşı, baş leytenant Rəşad Baxşəliyevdir.
Rəşad bəy 1978-ci ildə anadan olub. BDU-nun Jurnalistika fakültəsini bitirdikdən sonra ordu sıralarına yollanıb. Və 2001-2003-cü illərdə leytenant rütbəsində, taqım komandiri vəzifəsində vətənə borcunu yetirib. 17 il sonra isə o, yenidən əlinə silah aldı, hərbi mundir geyindi. Gəlin, daha ətraflı qəhrəmanımızın öz dilindən oxuyaq:
“İyul ayındakı Tovuz hadisələrindən sonra müvafiq hərbi komissarlığa müraciət etdim və könüllü olaraq savaşa qatılmaq istədiyimi bildirdim. Oktyabrın əvvəlində zəng gəldi. O vaxt Ağdamın Quzanlı kəndində idim. Reportaj hazırlayırdım. Raket zərbələrinin, güllələrin altında telefonla danışırdım. Səs-küylə maraqlandılar. Vəziyyəti izah etdim. Dedilər ki, jurnalistlər onsuz da həmişə ön cəbhədə olublar. Beləliklə, ezamiyyətdən qayıtdıqdan sonra iş yoldaşlarımla sağollaşdım. Baş redaktorumuz, Milli Məclisin deputatı, Birinci Qarabağ müharibəsinin veteranı Bəxtiyar Sadıqov mənə öz tövsiyələrini verdi. Bloknot hədiyyə edib, söylədi: “Rəşad, mən məğlubiyyət tariximizi yazmalı oldum, inanıram, sən sağ-salamat qayıdacaq və zəfər salnaməmizi yazacaqsan. Ona görə də imkan tapdıqca bloknotda qeydlər et. Onlar həyati əhəmiyyəti materiallar olacaq”. İş elə gətirdi ki, mülki həyatdakı son günümdə qızımda xəstəlik aşkarlandı. Onu bir gündə dörd xəstəxanaya apardım. Sən demə, böyrək çatışmazlığı var imiş. Fəqət qala bilmədim. Vətən sevgisi üstün gəldi. Məni “fərari” adlandıracaqlarından qorxurdum. Nəticədə övladımı iş yoldaşlarıma, o cümlədən baş redaktorumuza, onun müavini İxtiyar Hüseynliyə tapşırıb cəbhəyə yollandım. Sağ olsunlar, iş yoldaşlarım mənə qardaş kimi davrandılar, “Gözün arxada qalmasın” dedilər.Jurnalistin fikrincə, müharibədə döyüşləri bir-birilərindən fərqləndirmək olmaz:
“Məni əvvəl Ağcabədiyə apardılar. Orada ayrı-ayrı hərbi hissələrə bölündük. Çox qəribə bir hadisə oldu. Vaxtı ilə xidmət etdiyim hərbi hissənin zabitləri taqım komandiri kimi məni seçdilər. Bunu yolda- onlardan hara getdiyimizi soruşanda bildim. Çoxları, o cümlədən dostlarımız məni qəhrəman kimi qiymətləndirirlər. Axı biz vətənlərini övladlarına dəyişməyənlər barədə ancaq bədii ədəbiyyatdan oxumuşuq. Amma orda olanda bildim ki, hər kəsin taleyi belə imiş. Komandiri olduğum şəxsi heyətdəki 27 əsgərin hər birinin bir gözü arxada idi- kimi xəstə valideynini, kimi övladını qoyub gəlmişdi. Hətta Rusiyada hər cür şəraiti olduğu halda, savaşa könüllü qatılan əsgərim də var idi. Görünür, Vətən sevgisi belə hissdir. Gör, vətən nə oğullar yetişdiribmiş...”.
O, döyüş yolundan da danışıb:
“Biz Qubadlının sol cinahı istiqamətində irəliləyirdik. Tapşırığımız irəlidə gedən xüsusi təyinatlı qüvvələrdən canını qurtaran, gizlənən erməniləri neytrallaşdırmaq idi. Düşmən hərbçiləri Ermənistanla sərhəddə idilər. Biz onları ya tamamilə ərazimizdən çıxarmalı, ya da məhv etməli idik. Çox ağır döyüşlərdə iştirak etdik, şəhidlər verdik. Yaralılar oldu. Amma döyüş tapşırığını uğurla yerinə yetirdik. Vətən sevgisi, əsgərlərin əzmkarlığı hər şeydən üstün oldu, bütün çətinliklərə qalib gəldi. Hər kəs bir nəfər kimi irəli gedirdi. Yüksəklikdən-yüksəkliyə keçdikcə daha çox ruhlanırdıq. Biz ən yüksək təpəliklərin birində- Qubadlı dağlarında idik. Bu dağlar çox çətin relyefə malikdir. Lakin aşağıdakı əsgərlərimiz bizə hər gün təminat gətirir, ac, susuz qalmağımıza imkan vermirdilər. Onları görən kimi bağrıma basırdım. İnanın, heç də bizdən az yorulmurdular. Noyabrın 10-nadək burada qaldıq. Sonra isə yüksəkliyi başqa bir hərbi hissəyə təhvil verib, istiqamətimizi dəyişdik”.
R.Baxşəliyev qələbə xəbəri gələn an yaşadıqlarını belə xatırlayır:
“Noyabrın 8-i xəbər gəldi ki, ciddi döyüşlər başlayacaq. Hamımız sipər almalı idik. Hətta bir-birimizlə vidalaşdıq, halallaşdıq. Hər kəsin cibində vəsiyyətini yazdığı bir kağız parçası var idi. Gecə saatlarında biz atışma gözləyərkən havaya qırmızı işartılı güllələr atıldı. Hamımız təəccüblə bir-birimizə baxdıq. Axı bunu kim edə bilərdi?!Belə bir hərəkət briqadanın yerini düşmənə bildirmək deməkdir. Bir az keçəndən sonra yenə güllələr atıldı. Bu dəfə daha intensiv. Ardınca hərbi-feldşerimiz Emin Zeynalovun azan səsi gəldi. Düzdür, yaxşı avazı olduğunu bilirdik. Lakin heç vaxt ondan belə azan eşitməmişdik. Səsi dağlarda əks-səda verdikcə ruhumuz sakitləşirdi.
Sonradan məlum oldu: sən demə, düşmən təslim olubmuş və Prezident, Ali Baş komandan İlham Əliyev Ermənistanın kapitulyasiyası barədə xalqa çıxışında məlumat veribmiş. Çox sevindik. Əsgərlər “Azərbaycan!”, “Azərbaycan!” deyə qışqırırdılar. Düzü, narahat idik, onları sakitləşdirməyə çalışırdıq. Çünki ermənilər səs eşidib, təxribat törədə bilərdilər.
Amma qəribə olan bilirsiz nədir? “Azərbaycan!” nidaları bir az aralıdan- Qafan ərazisindən də gəlirdi. Hərbi-siyasi hakimiyyətin məcburiyyəti ilə əllərinə silah alan erməni gəncləri bizdən çox sevinirdilər. Yanvarın 2-də Baş leytanant kimi tərxis olundum. Dövlət başçısının müvafiq Fərmanı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildim.
Fikrimcə, Allah bu gördüklərimi yazım deyə, şəhadətə qovuşmağıma icazə vermədi. Ancaq hər an Vətənimi müdafiə etməyə hazıram. Bu, bizim müqəddəs, əbədi və dəyişməz borcumuzdur”. (Sherg.az)
Açar sözlər
Oxşar Xəbərlər
Ermənistanda cəbhəyə getməyənlərin övladları girov saxlanılır
Oğlunu cəbhəyə yola salan deputat:
DÜŞMƏNİN 33
Şuşa uğrunda döyüşlərdə qazi olan
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…