"Medera Hospital" məhkəməyə verildi - SƏBƏB

"Medera Hospital" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.
Sozcu.info Lent.az-a istinadən xəbər verir ki, hospitala məxsus avtomobili yol polisi saxlayıb və ona cərimə yazılıb. Avtomobil barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.
Həmin maddə əsasında "Medera Hospital" 300 manat məbləğində cərimələnə bilər.


Oxşar Xəbərlər

Xəbər lenti