Biabırçılıq: Bakıda şəhidin hesabındakı pul oğurlandı

Vətən Müharibəsinin şəhidi Kənan Siyavuş oğlu Qafarovun hesabındakı pul oğurlanıb.
Sozcu.info xəbər verir ki, bu barədə şəhidin anası Şəfaqət Qafarova hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirib ki, oğlunun adına olan kartdan 3960 manat pul çıxarılaraq oğurlanıb.
Şəhidin hesabı Beynəlxalq Bankda olub. Oğurluq isə bankın Naxçivanı küçəsi 15-də yerləşən bankamatında baş verib.
Məlumata görə, iş araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Azərbaycan Ordusunun əsgəri olan Kənan Qafarov 8 oktyabr 2020-ci ildə şəhid olub. Göyçay rayonunda dəfn olunub. İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Oxşar Xəbərlər

Xəbər lenti