“Mercedes” ilə “Niva”nı səhv saldılar: 40 manatlıq cərimənin aqibəti nə olacaq? - FOTO

“Başqa sürücünün cəriməsini mənim adıma sistemə vurublar”.
Bu barədə Sozcu.info-ın redaksiyasına müraciət daxil olub. Müraciətdə qeyd olunub ki, 06.07.2021-ci il tarixi saat 13:30 radələrində Bakının Nəsibbəy Yusifbəyli 74 ünvanında “Mercedes-Benz” markalı 10 FL 900 dövlət nömrə nişanlı avtomobilə cərimə yazılıb.
“Lakin cərimə mənim adıma göndərilib. Belə ki, sözügedən tarixdə mənə aid olan VAZ-2121 (NİVA) markalı 10 FL 090 dövlət nömrə nişanlı avtomobil həmin ərazidə park edilməyib.
Nəticədə İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.2 maddəsi əsas götürülərək (Maddə 346.2 -ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə) mənə 40 manat cərimə yazılıb və mənim elektron kabinetimə göndərilib.
Məsələ ilə bağlı aidiyyəti üzrə müvafiq orqanlara müraciət etsəm də baş verən yanlışlıq düzəldilməyib”.















Oxşar Xəbərlər

Xəbər lenti