Qapalı məkanlarda və ictimai nəqliyyatda reyd - Video

Bakıda qapalı məkanlarda və ictimai nəqliyyatda reydlər keçirilib. 
DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Suraxanı rayonunda maskadan istifadə etməyən şəxslər RPİ və DYP əməkdaşları tərəfindən  avtobuslardan düşürülüb. 
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən  sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Analoji tədbir paytaxtın Binəqədi rayonunda da həyata keçirilib. İctimai nəqliyyat vasitələrində aparılan yoxlamalar zamanı xeyli sayda pandemiya qaydalarına əməl etməyən şəxslər aşkar edib və onlarla profilaktik söhbətlər aparıblar. Pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin maskadan istifadə etməsinə birbaşa olaraq nəzarət etməli olan sürücülərə də xəbərdarlıq edilib. 



Oxşar Xəbərlər

Xəbər lenti