Azərbaycanda masajist Səhiyyə Nazirliyini məhkəməyə verdi

İşdən azad edilən tibb işçisi çalışdığı müəssisəni məhkəməyə verib. 
Sozcu.info -ya istinadən xəbər verir ki, 15 saylı poliklinikada çalışan tibb işçisi E.Əliyeva işdən çıxarıldığı üçün poliklinikanı və Səhiyyə Nazirliyini məhkəməyə verib. 
Məsələ ilə bağlı 15 saylı poliklinika ilə əlaqə saxladıq. Xəstəxana E.Əliyeva adlı əməkdaşlarının olduğunu təsdiq edib:
“Belə bir əməkdaşımız olub. O, poliklinikada masajist kimi çalışıb. Lakin, iki dəfə həkimlərin sertifikasiya imtahanından kəsildiyi üçün işdən azad edilib”. 



Oxşar Xəbərlər

Xəbər lenti