Azərbaycan əhalisinin təxminən yarısı peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 417 vaksin vurulub. 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ​Sozcu.info ​​​-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 071 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 138 351, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 942 003, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 196 348 təşkil edir. 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}