Kimlər yenidən hərbi xidmətə aparılacaq? —
AÇIQLAMA
Prezident Ərdoğana başsağlığı verdi
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq
Bakıda əməliyyat keçirildi -
Saxlanılanlar var
Prezident xanımı ilə Türkiyədədir -
FOTOLAR
TƏCİLİ! Nazir QƏRAR VERDİ –
Vergilərlə bağlı DƏYİŞİKLİK
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
FOTO
Səhiyyə naziri əmr imzaladı
G7 nazirləri və baş bankirləri həyəcan təbili çaldılar:
Vəziyyət tezliklə sabitləşməlidir...
İlham Əliyev fərman imzaladı
2 rəsmi bayramı ləğv etdilər
9 nəfəri öldürən yeniyetmə ilə bağlı DƏHŞƏTLİ FAKT -
FOTO
Əvvəlki
Sonrakı
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
TANINMIŞ İŞ ADAMI HƏBS EDİLDİ
- Tale Heydərovun 1 milyonunu ələ keçirib + FOTO
17-03-2026, 15:20
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Neft-qazın baha qiymətinin Bakıya xeyiri
Azərbaycan azad olunan ərazilərin bərpasına daha çox vəsait yönləndirə biləcək
Azərbaycan Ermənistanın işğalından azad etdiyi ərazilərdə bərpa-quruculuq işlərini böyük sürətlə davam etdirir. Artıq azad olunan rayonlara avtomobil yollarının çəkilişi, elektrik enerjisi, su ilə təchizatı istiqamətində onlarla böyük layihələrin icrasına başlanıb. Bu layihələrin ona yaxını artıq başa çatdırılıb, qalanları üzrə işlər davam etdirilir. Eyni zamanda Azərbaycan dövləti azad olunmuş ərazilərdən məcburi köçkün düşmüş sakinlərin öz doğma yurdlarına qaytarılması üçün də fəaliyyətlərə başlayıb.
Ölkə rəhbərliyinin göstərişi ilə azad olunan ərazilərdə bərpa planları hazırlanıb. Şuşa şəhərinin təsdiq olunan baş plan əsasında bərpasına start verilib. Eyni zamanda Zəngilan rayonunda, Cəbrayıl şəhərində yaşayış məntəqələrinin təməli qoyulub. Bir neçə gün əvvəl Füzuli şəhərinin təməlinin qoyulması mərasimində iştirak edən Prezident İlham Əliyev ərazilərdəki bərpa işlərinin gedişi barədə məlumat verib:
“Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bu bir il ərzində biz çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olmuşuq. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.
Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Eyni zamanda, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Yəni Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır".
Dövlət başçısı qeyd edib ki, bütün bu işlərdə əsas məqsəd köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytarmaq mümkün olsun:
“Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq. Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. ”Ağıllı kənd" konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaqdır.
Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin - Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir".
Göründüyü kimi, ərazilərdə bərpa prosesi bütün istiqamətlərdə və böyük sürətlə həyata keçirilir. Bütün bu işlər isə əlbəttə, böyük vəsait qoyuluşu tələb edir. Azərbaycanın 2021-ci il üzrə dövlət büdcəsindən bərpa prosesinə 2,2 milyard manat vəsait ayrılıb. Artıq bu vəsaitin çox mühüm hissəsi bölüşdürülüb. Azərbaycan hökumətinin proqnozlarına əsasən növbəti dörd ildə də dövlət büdcəsindən bərpa işlərinə irihəcmli vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu vəsaitlərin əsas mənbəyi isə təbii sərvətlərimizdir. Söhbət ixracımızın 90 faizdən yuxarısını təşkil edən neft və qazdan gedir.
2020-ci ildə koronavirus pandemiyasının mənfi təsiri ilə dünya bazarında nefti qiymətinin kəskin aşağı enməsi Azərbaycanın dövlət gəlirlərinin azalmasına gətirib çıxarıb. Aşağı qiymət fonunu nəzərə alan Azərbaycan hökuməti 2021-ci ilin dövlət büdcəsini neftin dünya bazar qiymətini 40 dollar götürməklə hesablayıb. Lakin 2021-ci ildən etibarən dünya iqtisadiyyatında başlanan sürətli bərpa prosesi dünya enerji bazarını gözlənildiyindən daha yüksək həddə canlandırıb. Oktyabrın əvvəlindən isə qaz qiymətləri hər min kubmetr üçün 1500-1900 dollar civarına çatmaqla rekord səviyyəyə yüksəlib. Dünyada müşahidə olunan enerji çatışmazlığı neftin qiymətinin də yüksəlməsinə gətirib çıxarıb.
Rəsmi məlumatlara görə, 2021-ci ilin yanvar-sentyabr aylarında dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 68,27 dollar təşkil edib ki, bu da illik müqayisədə 25,09 dollar və ya 58,1 faiz çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 43,18 dollara bərabər olmuşdu.
Oktyabrın ilk həftəsində (4-8 oktyabr) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 84,09 dollara bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,7 dollar və ya 4,6 faiz çoxdur. Oktyabrın ikinci həftəsində isə (11-15 oktyabr) “Azeri Light”ın 1 barelinin orta qiyməti əvvəlki həftə ilə müqayiəsə 1,38 dollar, yaxud 1,64 faiz artaraq 85,47 dollar olub. Hazırda neftimizin dünya bazar qiyməti 86 dolların üzərindədir
Rəsmi statistikaya əsasən, Azərbaycan bu ilin 9 ayında 25 ölkəyə 9 milyard 302 milyon 613,35 min dollarlıq 20 milyon 542 983,86 ton neft ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 25 milyard 421,4 milyon kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,2 faiz çoxdur. Qaz nəqlinin 50 faizi Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 12 milyard 707,4 milyon kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 45,5 faiz çox).
Doqquz ayda ölkənin qaz ixracı 2 milyard 951 milyon 453,24 min dollar dəyərində 14 milyard 927 milyon 128,82 min kubmetr olub. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 56 faiz, həcmi isə 47 faiz artıb. Hesabat dövründə Avropaya 1 milyard 457 milyon 289,84 min dollar dəyərində 4 milyard 663 milyon 232,93 min kubmetr həcmində qaz ixrac olunub. Bu qazın 3 milyard 995 milyon 423,01 min kubmetri (1 milyard 267 milyon 989,55 min dollar) İtaliyaya, 501 milyon 732,34 min kubmetri (163 milyon 782,07 min dollar) Yunanıstana, 166 milyon 77,57 min kubmetri isə (25 milyon 518,22 min dollar) Bolqarıstana çatıb.
Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 1 milyard 20 milyon 735,62 min dollarlıq 7 milyard 832 milyon 926,6 min kubmetr qaz ixrac edib. Yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstana 280 milyon 998,2 min dollar dəyərində 2 milyard 261 milyon 574,34 min kubmetr qaz nəql edib. Hesabat dövründə Azərbaycandan İrana 6 milyon 429,57 min dollar dəyərində 169 milyon 394,96 min kubmetr qaz ixrac olunub.
Aydın məsələdir ki, neft-qazın qiymətinin kəskin artması, həmçinin qaz ixracının çoxalması Azərbaycanın bu məhsullardan əldə etdiyi gəlirlərini də artırıb. Xatırladaq ki, Neft Fondunun 2021-ci il üzrə büdcəsi neftin dünya bazar qiymətinin bir barel üçün 40 dollar səviyyəsi ilə hesablanıb. Büdcə sənədinə görə, cari ildə bu qiymətlə Fondun Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəliri 6 milyard 439 milyon 325,7 min manat (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlir istisna olmaqla) təşkil etməliydi. Fondun məlumatına əsasən bu ilin yanvar-avqustunda quruma AÇG yatağından 3 milyard 488.5 milyon dollar, yaxud 5,9 milyard manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 130 milyon 137 min dollar, yaxud 221,2 milyon manat gəlir daxil olub.
2021-ci ildə Neft Fondundan dövlət büdcəsinə 12,2 milyard manatın köçürülməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, neftin 40 dollarlıq qiyməti ilə cari ildə fondun xərcləri gəlirlərini 50 faiz üstələməli idi. Qiymətlərin büdcədə nəzərdə tutulandan kəskin yuxarı olması Neft Fondunun xərclərinin daha çox hissəsinin gəlirlər hesabına qarşılanması, beləliklə də ehtiyatlarında azalmanın aşağı olması deməkdir.
Neft Fondundan əlavə, yüksək qiymətlər dövlət büdcəsinə neft şirkətlərinin ödədikləri vergilər üzrə daxilolmaların da artmasını şərtləndirir. Belə ki, 2021-ci ildə neftin 40 dollar qiyməti ilə büdcəyə bu mənbədən 1 milyard 576 milyon manatın daxil olması nəzərdə tutulurdu. Hazırda qiymət büdcədə nəzərdə tutulandan 2 dəfədən də artıqdır. İlin sonunadək enerji bazarında qiymətlərdə ciddi düşmənin gözlənilmədiyini nəzərə alsaq, dövlət büdcəsinin neft şirkətləri üzrə daxilolmalarının da kəskin artacağını söyləyə bilərik. Bu isə işğaldan azad olunan ərazilərin bərpasına daha çox vəsaitin yönləndirilməsi üçün əlavə imkanlar yaradır...
Oxşar Xəbərlər
"Azad olunmuş şəhərlərin baş planları hazırlanıb"
20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gün
Atəşkəsdən 300 gün sonra: Qarabağın bərpası və İtaliyanın rolu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun iclası olub
Xəbər lenti
Türküstanın maraqlarına xidmət edən müharibə
Kahramanmaraş faciəsi: yeniyetmənin gizli planı üzə çıxdı
Kimlər yenidən hərbi xidmətə aparılacaq? —
AÇIQLAMA
Prezident Ərdoğana başsağlığı verdi
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq
Bakıda əməliyyat keçirildi -
Saxlanılanlar var
Prezident xanımı ilə Türkiyədədir -
FOTOLAR
TƏCİLİ! Nazir QƏRAR VERDİ –
Vergilərlə bağlı DƏYİŞİKLİK
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
FOTO
Səhiyyə naziri əmr imzaladı
Yeməyin yanında çay içənlərə pis xəbər
G7 nazirləri və baş bankirləri həyəcan təbili çaldılar:
Vəziyyət tezliklə sabitləşməlidir...
İlham Əliyev fərman imzaladı
2 rəsmi bayramı ləğv etdilər
9 nəfəri öldürən yeniyetmə ilə bağlı DƏHŞƏTLİ FAKT -
FOTO
Türkiyədə məktəb hücumlarından sonra ŞOK PAYLAŞIMLAR: 81 vilayətdə əməliyyat başladı -
FOTOLAR
Rubl manata qarşı ucuzlaşdı, avro isə bahalaşdı -
VALYUTA MƏZƏNNƏLƏRİ
Bu günün hava proqnozu
Space TV bağlanır?
– Telekanal daxilində baş verən “çox dərin olaylar”
“Honda” təhlükəli nasazlıq səbəbindən yarım milyon avtomobili geri çağırır
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
Ərdoğan: Kahramanmaraşdakı məktəb hücumunun bütün təfərrüatları araşdırılacaq
-Foto
ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisi
Azərbaycan Türkiyəyə başsağlığı verdi
9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş -
Saxlanıldılar
Əli Əsədov bu rayonlarla bağlı QƏRAR İMZALADI
Məktəblilərə forma məcburi edilir
Macarın qələbəsi Gürcüstan müxalifətini ruhlandırıb
ABŞ-da keçmiş konqres üzvünə qarşı yeni ağır ittihamlar irəli sürüldü
İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? -
VACİB AÇIQLAMA
Baş Nazirdən MAAŞLARLA BAĞLI qərar –
ARTACAQ
Aprelin 22-dən 24-dək... - XƏBƏRDARLIQ
Bakıda leysan olacaq
Avro və rubl görün neçəyə oldu -
YENİ MƏZƏNNƏ
Rusiya XİN Azərbaycana
TƏŞƏKKÜR ETDİ
Bu ərazidəki bəzi evlər, binalar və iaşə obyektləri söküləcək, yol qovşağı salınacaq
32 yaşlı kişinin qarnından 20 il əvvəl udduğu termometr çıxarıldı
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı yeni tələb
Makiyaj niyə üzümdə kələ-kötür qalır? -
6 səbəb və həlli
Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər
SON DƏQİQƏ:
Xəzərdə zəlzələ OLDU
Taksi sahəsində YENİ QƏRAR:
Haqlar artırıldı
Əli Əsədov qərar İMZALADI
Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi
Beyləqanda xalq şairi Səməd Vurğunun 120 illik yubileyi qeyd edilib
-Foto
Səyyad Aran İmişlidə seçiciləri ilə görüşdü
-FOTOLAR
Cinayət törətdiyi deyilən Miri Yusifdən
SON DƏQİQƏ AÇIQLAMASI
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Yeməyin yanında çay içənlərə pis xəbər
Bu günün hava proqnozu
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? -
VACİB AÇIQLAMA
Baş Nazirdən MAAŞLARLA BAĞLI qərar –
ARTACAQ
Aprelin 22-dən 24-dək... - XƏBƏRDARLIQ