Uşaqların da koronavirusa qarşı peyvənd olunduğu ÖLKƏLƏR

Yeni Müsavat Qəzeti

РЕКЛАМА
makiz-vostok.ru

Упаковка в пакет с проваркой граней


РЕКЛАМА
pnhm.ru

Промышленное оборудование


Uşaqların da koronavirusa qarşı peyvənd olunduğu ÖLKƏLƏR




İki ilə yaxındır ki, dünya koronavirus bəlasından qurtula bilmir. Koronavirusla mübarizədə əsas ümidlər vaksinlənmə prosesinədir.

Artıq bir çox ölkələr yaşı 18-dən aşağı olan şəxsləri, eləcə də uşaqları vaksinlənmə prosesinə cəlb edir.

Bəs hansı ölkələrdə artıq uşaqlar da koronavirusa qarşı peyvənd olunur?

ABŞ-da 5-11 yaş arasında olan uşaqlara "Pfizer-BioNTech" peyvəndinin bir dozası vurulacaq. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Pfizer-BioNTech" peyvəndinin 12 yaşdan yuxarı insanlar üçün uyğun olduğuna qərar verib. 

Çində isə ölkədə istehsal olunan "Sinovac" peyvəndi 3 yaşdan yuxarı olanlar üçün təsdiqlənib. Artıq iyun ayından etibarən ölkədə 3-17 yaşlı uşaqların bir qismi "Sinovac" peyvəndi olunub.
 Pekin bu ilin sonuna kimi 1,4 milyard əhalisinin təxminən 80 faizini peyvənd etmək üçün qarşısına hədəf qoyub. Bu göstəricini əldə etmək  üçün isə Çin 18 yaşdan aşağı olanları peyvənd proqramına daxil etməlidir.
Çində də koronavirusa qarşı peyvənd olunmaq könüllüdür. Bununla belə rəsmilər ailələri iki doza peyvənd almayan şagirdlərin qarşıdakı dövrdə məktəbə qəbul edilməyəcəyini açıqlayıb.

Avropada isə may ayında 12-15 yaşlı uşaqlar üçün "Pfizer-BioNtech peyvəndi" təsdiqlənib. Bundan sonra bəzi Avropa İttifaqı (Aİ) ölkələri müxtəlif dərəcələrlə uşaqların da peyvənd olunmasına başlayıb.
Belə ki, artıq Danimarkada 12-15, İspaniyada isə 12-19 yaşlı uşaqların əksəriyyətinə birdəfəlik peyvənd vurulub.

Fransada isə sentyabrda 12-17 yaşlı uşaqların 72 faizi bir doza ilə peyvənd olunub. 18 yaşından aşağı olanlar kinoteatrlara, muzeylərə, restoranlara və qapalı ticarət mərkəzlərinə daxil olmaq üçün peyvənd olunduqlarını və ya "COVİD" testinin mənfi nəticələrini göstərməlidirlər.

Almaniyada əgər əvvəllər yalnız xroniki xəstəlikləri olan 12-15 yaşlı uşaqlara peyvənd  vurulurdusa,  avqust ayından etibarən  "Delta" ştammının sürətlə yayılması ilə əlaqədar vaksinlənmə 12 yaşdan yuxarı hər kəsi əhatə edəcək şəkildə genişləndirildi.

İsveçdə 12-15 yaşlı uşaqlar yalnız ağciyər xəstəliyi, ağır astma və ya digər yüksək riskli sağlamlıq vəziyyəti olduqda peyvənd oluna bilərlər. 
Norveçdə də 12-15 yaşlı uşaqlara  "COVİD"  peyvəndi tətbiq edilməyə başlanılıb. Lakin hələ ki, bu vaksinlənmə tək doza ilə tətbiq olunur. Sonradan ikinci dozanın da vurulması qərara alınıb.

Çilidə 6 aşdan yuxarı uşaqlara "Sinovac" peyvəndi vurulur. 'Sinovac"ı istehsal edən şirkətin açıqlamasına görə peyvənd Cənubi Afrikada altı aylıq körpələrdən 17 yaşa qədər müxtəlif yaş qruplarında olan uşaqlar arasında sınaqdan keçirilib.

Kubada isə 2 yaşından etibarən hər kəsə "Soberana 02" adlı yerli peyvənd vurulur.

Braziliya da 5 yaşdan yuxarı uşaqlara "Pfizer" peyvəndi tətbiq etmək istədiyini açıqlayıb.
Asiya, İndoneziya, Cənubi Koreya, Tayland, Malayziya və Filippində isə 12 yaşdan yuxarı şəxslərin "COVİD-19"-a qarşı peyvənd olunmasına icazə verib.

Hindistanda da avqust ayında yerli "Zydus Cadila" şirkətinin yeni peyvəndi 12 yaş və daha yuxarı yaşda olanların istifadəsi üçün təsdiqlənib. İlk növbədə yalnız 12 yaşdan yuxarı xroniki xəstəlikləri olan uşaqlar peyvənd olunacaq. Yetkinlərin peyvənd proqramı başa çatdıqdan sonra əhatə dairəsi genişləndiriləcək.


Oxşar Xəbərlər

Xəbər lenti