Xəbərdarlıq: Havanın temperaturu 7 dərəcə aşağı düşəcək

Noyabrın 16-da hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağıntılı olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info verilən məlumata əsasən havanın temperaturu ötən günlərlə müqayisədə  4-7° aşağı enəcək.
Noyabrın 15-i axşam Azərbaycanın şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}