Evi tərk edən 6 koronavirus xəstəsi saxlanıldı

27-28 noyabr tarixlərində polis əməkdaşları tərəfindən respublika ərazisində altı nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumlarına məlumat veriblər.


Oxşar Xəbərlər

Xəbər lenti