Azərbaycanda vaksinasiya məcburi ola bilər? - AÇIQLAMA

Avropanın iki ölkəsində vaksinasiya təcrübəsi məcburi xarakter daşıyır. Görünən budur ki, mövcud statistika bunu tələb edib.
SOZCU.INFO xəbər verir ki, Azərbaycanda hazırkı vəziyyət və gedişatı nəzərə alsaq, vaksinasiyanın məcburi elan edilmə ehtimalı müzakirə mövzusudur.
Ölkəmizdə oxşar tərcübənin tətbiqi nə qədər realdır? Buna "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində qonaq olan həkim İmran Mirzə cavablandırıb:
"Hesab etmirəm ki, hazırda Azərbaycanda kritik durumdur. Ötən illə müqayisədə ölkədə yoluxma nisbəti o qədər də çox deyil. Xəstəxanalarda sıxlıq yoxdur və istənilən şəxs müalicə olunmaq hüququnu əldə edir. Ona görə, düşünmürəm ki, hazırda buna getmək lazımdır".


Oxşar Xəbərlər

Xəbər lenti