Ticarət obyektlərində paltardəyişmə otaqlarının fəaliyyətinə icazə veriləcək

Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.
Bu barədə Sozcu.info-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə veriləcək.


Oxşar Xəbərlər

Xəbər lenti