Azərbaycanlı məşhurların kredit borcları: 2000-70.000 manat

Dəbdəbəli və lüks həyat tərzi sürən, günlərini təmtəraqlı məclislərdə keçirən, bahalı avtomobilləri, geyimləri, aksessuarları ilə daim gündəmdə olan şou-biznes nümayəndələri bu dəfə cah-cəlallı həyatlarının görünməyən üzündən, borclarından və kreditlərindən danışıblar.

Sozcu.info BAKU.WS-yə istinadla xəbər verir ki, aparıcı Afaq Gəncəlinin "Şourum" verilişinə müsahibə verən məşhurlar müəyyən dövrlərdə 2 mindən 70 min manata qədər kredit borcları olduqlarını bildiriblər.

Sənətçilərin kreditə götürdüyü əşyalar arasında bahalı avtomobillərdən tutmuş telefon və soyuducu kimi müxtəlif elektronik avadanlıqlar da yer alıb.
Bəzi şou-biznes nümayəndələri isə kreditə üstünlük vermədiklərini deyiblər. Onlar arasında Xalq artisti Faiq Ağayev, o cümlədən "Avroviziya" təmsilçilərimizdən olan Səmra Rəhimli yer alıb.


Oxşar Xəbərlər

Xəbər lenti