Azərbaycanda Ukrayna üçün 30 ton yardım toplandı

“Ukrayna icması və azərbaycanlı könüllülərlə birlikdə iki gün ərzində Azərbaycanın sadə vətəndaşları və biznes nümayəndələri tərəfindən Ukrayna üçün qəbul edilmiş 30 tona yaxın humanitar yardım toplanıb”.

Sozcu.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Toplanmış yardımın yarısı artıq Ukraynaya yola düşüb. 24/7 rejimində işləyirik.
Duyğuları sözlə ifadə etmək mümkün deyil: həqiqətən də, indi ən çox ehtiyac duyulan - səmimi, ürəkdən gələn köməkdir, hər kəs harmonik və aydın şəkildə işləyir! Dostlar, siz möhtəşəmsiniz!”, - səfir qeyd edib./Modern.az


Oxşar Xəbərlər

Xəbər lenti