Nazir Çində yayılan yeni virusla bağlı açıqlama verib

Baş Prokurorluq Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.
Qurumun mətbuat xidmətindən APA-ya bildirilib ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.
Qeyd edək ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.
Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.


Oxşar Xəbərlər

Xəbər lenti