Partlayış baş vermiş gecə klubunun "DJ"indən şok iddia - “Hadisə qəsdən törədilib”

Xəbər verdiyimiz kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.
Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Gecə klubunda "DJ"lik edən Rəşid (DJ Reed Russell) Musavat.com-a açıqlama verib.
O iddia edib ki, hadisə qəsdən törədilib:
“Məkanda hər şey qaydasında olub və avadanlıqların heç birində nasazlıq olmayıb. Düşünürəm ki, gecə klubu qəsdən partladılıb”.


Oxşar Xəbərlər

Xəbər lenti