Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

Təhsil naziri Emin Əmrullayevin imzaladığı “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr ictimaiyyətdə çaşqınlıq yaradıb.
Sozcu.info xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələyə aydınlıq gətirib.
Nazirlik rəsmisinin feysbukdakı açıqlamasında deyilir:
"2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanuna əsasən, “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” yenilənərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 2019-cu il tarixli 351 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” təsdiq edilib.
Dövlət standartı əsasında “Məktəbəqədər təhsil proqramı (kurikulum)” hazırlanıb və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilib. Bu səbəbdən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilmiş hesab olunur.
Bir daha vurğulayırıq ki, bu, 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsi deməkdir".


Oxşar Xəbərlər

Xəbər lenti