Neçə qazi Türkiyədə müalicə alır? - AÇIQLAMA

"Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir".
Sozcu.info xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, ümumilikdə YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib:
"Onlardan 132 nəfərinin malicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə geri qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir".




Oxşar Xəbərlər

Xəbər lenti