12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
"Uşaqlarımızın daha yaxşı gələcəyinin qayğısına qalmaq, onların inkişafı, sağlamlığı və tamhüquqlu vətəndaş kimi tərbiyəsi üçün şərait yaratmaq Gürcüstanın qüdrətli olması üçün ilkin şərtdir və buna görə də hökumətimizin əsas vəzifəsidir", deyə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin bəyanatında deyilir.Baş nazirin sözlərinə görə, hakimiyyətə gəldikdən sonra bu istiqamətdə bir sıra islahatlar və layihələr həyata keçirilib.“Keçən il biz sosial müdafiə cəhətdən həssas uşaqlara yardımımızı iki dəfə artırdıq. Bu gündən etibarən yardım daha da artacaq və 150 lari təşkil edəcək. Proqram 215 mindən çox uşağı əhatə edəcək, dövlət bunun üçün 341 milyon lari ayıracaq. Uşaq yoxsulluğunun azaldılması və onların inkişafının təmin edilməsi istiqamətində səylərimiz davam edəcək və intensivləşəcək. Uşaqlarımıza və onların ailələrinə əmin-amanlıq, cansağlığı və firavanlıq arzulayıram”, deyə baş nazir qeyd edib.
Hurriyyet.az