7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
“Abonentlərə geniş tarixçənin verilməsi xidmətinin onlayn olması onlara aylıq, illik hesabatlarını özlərinin görməsinə şərait yaradacaq”.
Sozcu.info xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov deyib.
O bildirib ki, bununla da bəzən abonentlər ödənişlərin sistemə oturub-oturmaması ilə bağlı ardıcıllığı görə biləcəklər.
“Eyni zamanda elektron portalda onlayn müraciət və müqavilələrin imzalanması da həyata keçiriləcək. Abonentlər “ASAN imza” vasitəsilə müqavilələrinin imzalanmasını həyata keçirə bilərlər” - deyə Q.Həmidov qeyd edib.