12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Pensiya və müavinətlər artırıla bilər. Çünki Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır..
Sozcu.info-nun məlumatına görə, bunu "Xəzər Xəbər"ə açıqlamasında "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, büdcədəki artım öncə pensiyalara öz təsirini göstərəcək.
Millət vəkili uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılmasına da diqqət çəkib.
Təklif olunan dəyişikliklər nəzərə alınaraq, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsinin gəlir və xərclərinin də 1 milyon manat artırılması nəzərdə tutulur. Bu artım əsasən ictimai işləri yerinə yetirənlərə yönəldiləcək.