Azərbaycan bayrağına belə hörmətsizlik edildi - ANBAAN VİDEO


Bərdə rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb. 

Sozcu.info xəbər verir ki,  bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, videoda Bərdə RİH-nin nümayəndəsi olduğu bildirilən şəxs Azərbaycan dövlət bayrağını sərt şəkildə çəkərək asılı olduğu yerdən qopardıb masanın üzərinə atır. Daha sonra isə o ərazidən uzaqlaşır. 

Hadisədən sonra Daxili İşlər Nazirliyi Bərdə rayonunda Azərbaycan Bayrağına qarşı edilmiş hörmətsizliklə bağlı hadisəyə reaksiya verib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}