Nazir pensiya yaşı ilə bağlı məsələyə aydınlıq gətirdi


Azərbaycanda pensiya yaşı 65 olsa da, xüsusi kateqoriyalara edilən güzəştlər çərçivəsində bu gün effektiv pensiya yaşı 61 və 62-dir, 65 deyil. Bunu nəzərə almağınızı xahiş edirəm”. 

Sozcu.info  xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, bu gün ölkədə 65 yaşa çatanların 60% faizi pensiya, yerdə qalanları isə sosial müavinət alanlardır: “Bu da tam normaldır. Biz sosial sahəyə bağlı sistem yaratmışıq”.

S. Babayevin sözlərinə görə, bu gün bir qəpik də sosial sığorta ödəməyən, qeyri-formal çalışan və dövlətə hər hansı bir vəsait ödəməyənlə uzun illər boyu sosial sığorta haqqı ödəyən şəxsi eyniləşdirmək olmaz: “Biz o zaman pensiya sistemini dağıdarıq və sığortaəsaslı pensiya sisteminə malik olmarıq”.

Nazir ömür uzunluğu və pensiya dövrü ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib: “Azərbaycanda pensiya dövrü 12 il olaraq hesablanır. Həmin müddət ərzində təqdim edilən zərflər çərçivəsində 68 % pensiyaçı 12 ildən çox alır”.

qafqazinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}