Bakıda supermarket işçiləri tortdan zəhərləndilər


Bakıda supermarketdə kütləvi zəhərlənmə olub.

Hurriyyet.az xəbər verir ki, hadisə dünən Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bazarstore” supermarketində baş verib. Mağazanın əməkdaşlarından bir neçəsi zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

İlkin məlumata görə, supermarket əməkdaşları iş yerində yedikləri tortdan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.

“Bazarstore” supermarketlər şəbəksindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bir neçə əməkdaş marketdən kənardan alıb gətirdikləri tortdan zəhərləniblər: “Hazırda onların səhhəti normaldır və tibbi müayinədən sonra evə buraxlıblar”.

qafqazinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}