Abidənin yanındakı həmin tikili söküldü - FOTO


Bir neçə gün öncə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 4300 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunub.

Sozcu.info xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işləri ilə bağlı qanuna müvafiq tədbirlər həyata keçirilir. Artıq qanunsuz olaraq tikilən hasar sökülüb.

Tarixi abidənin mühafizə zonasında tikinti işlərinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün aidiyyəti dövlət orqanlarına da müraciət olunub.

Abidənin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür. (qafqazinfo)




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}