Ruslar Jitomiri bombaladılar - Ölən və yaralananlar var

İyunun 9-na keçən gecə ruslar Jitomir vilayətini raket atəşinə tutublar.
Sozcu.info UNIAN-a istinadla xəbər verir ki, raketlərdən bir neçəsi vilayətin Zviagel icmasının yaşayış massivinin ərazisinə düşüb.
Qeyd olunub ki, ölən və yaralananlar var.
Şəhər şurasının məlumatına görə, altı fərdi ev dağılıb, onlarla evə ziyan dəyib.
"Təəssüf ki, bir nəfər ölüb, yaralılar da var, onlara lazımi yardım göstərilir. İcma rəhbərliyi, fövqəladə hallar xidməti hadisə yerində işləyir", - mer Nikolay Borovets bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}