Pakistanla Azərbaycan arasında ticarət əlaqələri genişləndirilir



Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu günlərdə Azərbaycana rəsmi səfəri baş tutub. Məhəmməd Şahbaz Şərif Pakistan və Azərbaycanın iki qardaş xalq olduğunu söyləyərək, iki dövlət arasında münasibətlərin hər zaman qarşılıqlı dəstək, səmimmiyyət və hörmət üzərində qurulduğunu vurğulamışdır. Dövlətlər arasında olan münasibətlər iki xalqın bir – birinə əsrlər boyu olan səmimi münasibətidir. Hər iki xalq bir – birini sevir, hörmət edir və dəstəkliyir. Hər ikisi müsəlman ölkəsi olan dövlətlərin bu baxımdan mədəniyyətidə, adət - ənənəsində oxşar xüsusiyyətlər çoxdur. Pakistan qədim Şərq sivilizasiyasının işlərini yaşadan, zəngin tarixi-mədəni irsi olan ölkədir. Pakistanı Azərbaycanla bağlayan  ən mühüm dəyər İslam mədəniyyətidir. Müasir dövrdə Pakistan ölkəsinin mühüm tərəfdaşlarından biridir. Pakistan Azərbaycanın müstəqilliyin tanıyan ilk dövlət olub. Olkələrimiz arasında siyasi münasibətlərin səviyyəsi çox yaxşıdır. Azərbaycan və Pakistan rəhbərlərinin imzaladığı ikitərəfli sənədlər ölkələrarası münasibətlərin yüksələn xəttlə inkişafına xidmət edir. Azərbaycan zəngin təbii sərvətlərə malik bir ölkədir. Pakistan haqqında isə bu sözləri demək çox çətindir. Çox bahalı idxala malik olanPakistana dünyadakı siyasi vəziyyət pis təsir edib. Ötən il ərzində enerjiyə 27 milyard ABŞ dolları sərf edən Pakistan hal – hazırda çox çətin vəziyyətdədir. Qardaş ölkəyə çətin vəziyyətdə dəstək vəzifəmizdir. Pakistanın çox böyük Günəş enerjisi potensialı vardır. Gələcəkdə Günəş enerjisi neft ilə mübadilə oluna bilər. Bu sahədə potensial 10 min meqavota bərabərdir. Həmçinin qida sahəsi, turizm sahəsi iki dövlətin ticari münasibətlərinin inkişaf etdirilməsində çox böyük rol oynaya bilər.

Pakistan hər zaman ərazi bütövlüyümüzü dəstəkləyib və erməni terroruna qarşı çıxıb. Eyni dəstək Azərbaycan tərəfindən Pakistan üçün də göstərilib. Son 70 ildən artıq bir dövrdə Azərbaycan Hindistanın terror aktlarına, zorakılığına qarşı kəskin mövqeyini nümayiş etdirmişdir. Azərbaycan ərazi bütövlüyünü tanıyan Pakistan Ermanistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir. Pakistan hər zaman bu addımı mənəvi öhdəliyi kimi təqdim etmişdir. Pakistan və Azərbaycan regionda sülhü təşviq edən ölkələrdir. Bu iki dövlət sülhü dəstəkləyərək xalqların mənafeyini qoruyur. İnanıram ki, Pakistan və Azərbaycan arasında təhsil sahəsində, Müdafiə sənayesi sahəsində, turizm sahəsində və.s sahələrdə əməkdaşlıq əlaqələri genişlənərək yüksək səviyyədə inkişaf edəcəkdir.  

 

Vəfa Bağırova

Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti