Kleverli: “Rusiya təhlükəsizliyinə ən böyük təhdidlə üzləşib”


“Yevgeni Priqojinin qiyamı səbəbindən Rusiya təhlükəsizliyinə son dövrlərin ən böyük təhdidi ilə üzləşib”.

Sozcu.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.

"Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının loyallığı yaxın saatlarda bu böhranın necə inkişaf edəcəyini müəyyən edəcək", - nazir vurğulayıb.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.



Oxşar Xəbərlər

Xəbər lenti