8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vətən Müharibəsində şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızı düşmən tapdağından qurtardı. Bu tarixi qələbədə ən böyük pay, şəhid və qazilər başda olmaqla Azərbaycan əsgərinindir. Azərbaycan əsgərinin tarixi zəfəri dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilib. Müharibədən sonra şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ancaq çox təəssüf ki, qazi və şəhid ailəsi adından sui-istifadə halları müşahidə olunmağa başladı. Şəhid adını hər kəsdən daha uca tutulmalı olanların qanunsuz olaraq dövlətə və bələdiyyə aid torpaqları zəbt etmələri cəmiyyətdə narazılıq doğurdu. Çox təəssüf ki, bu kimi əməllərin şəhidlərin şəkillərinin zəbt olunmuş ərazilərdə ucaldılması, qanunsuz zəbt edilmiş ərazilərdə qanunsuz inşa edilən ticarət və iaşə obyektlərinin üzərinə vurulması da müşahidə olundu.
Suraxanı rayonu, Günəşli qəsəbəsi “V” yaşayış sahəsində şəhid Əhməd Kərimovun ailəsi də təəssüf ki, belə addım atıb. Belə ki, qeyd olunan ərazidə 3 hissədən ibarət ümumi ölçüsü 80 kvadrat metrlik qeyri-yaşayış obyekti (mağaza) quraşdırılıb. Gizlin gecə saatlarında həyata keçirilən bu qanunsuz tikintinin qarşısını almaq, sakinlərin hüquqlarını bərpa etmək üçün hadisə yerinə gələn dövlət qurumlarının təmsilçiləri şəhid ailələri tərəfindən təhdid olunub. Şəhidin anası əlinə bıcaq alaraq obyektin söküləcəyi halda özünə qəsd edəcəyi ilə dövlət məmurlarını qanuni vəzifələrini icra etmələrinə mane olmağa çalışıb. Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin, Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının, Suraxanı rayon İcra Hakimiyyəti, Polis İdarəsinin əməkdaşlarının nəzarəti altında qanunsuz obyekt sökülüb. Qeyd edək ki, şəhid Əhməd Kərimov vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə, ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub. Suraxanı Rayon İcra Hakimiyyəti də şəhid Əhməd Kərimovun anım məclisinin yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni həmişə edib (Fotolar) və şübhəsiz, bundan sonra da edəcək.
Lakin şəhid ailəsi hansısa nəməlum səbəbdən qanunsuz əmələ əl atıb. Üstəlik, qanunu vəzifələrini həyata keçirməyə çalışan dövlət qulluqçularına qarşı kobudluq edərək təhdid ediblər.
Mən əminəm ki, Suraxanı Rayon İcra Hakimiyyəti hüquq çərçivəsində şəhid ailələrinin bütün qanuni istəklərini təmin etməyə hazırdır. Qanunla şəhid ailələrinə verilən hüquqların təmin edilməsi dövlət başçısı tərəfindən məmurların qarşısına qoyulmuş əsas vəzifələrdən biridir. Lakin şəhid ailəsinin və qazilərin hüququ tapdalamaq, qanunları əzib keçmək istəkləri dövlət üçün təhlükəli presedent yaradır. Belə ki, cəmiyyətdəki imtiyazlı təbəqələrin digər təmsilçiləri də qanunsuz əməllərə əl atmağa həvəslənə bilərlər. Bu isə dövlətin mövcudluğunun əsas təminatlarından olan sabitliyin pozulmasına gətirib çıxarar. Umummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev dövlətçiliyin xilası və inkişafını təmin edən sabitliyin yaranması, qanunların işləməsi üçün çox işlər görüblər.. Buna görə də heç kim qanunları pozmağa, dövlət əmlakı üzərində sərəncam vermək niyyətinə düşməməlidir.
Arzuman LOĞMANOĞLU
Sozcu.info
04.08.2021.Şəhidin ad günü.
04.08.2022.Şəhidin ad günü.
07.11.2022. Şəhidin anım günü.
07.11.2023. Şəhidin anım günü.