Beyləqanda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib -Fotolar

Beyləqanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Oktyabrın 23-də “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Beyləqan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan-Daşburun Magistral avtomobil yolunun sağ və sol tərəfində ağacəkmə aksiyası keçirilib.

Sozcu.info xəbər verir ki, ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Beyləqan rayon təşkilatının sədri və əməkdaşları, RİH başçısının müavinləri və aparatın əməkdaşları, idarə, müəssisə,  təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Aksiya zamanı yerli iqlim şəraitinə uyğun olan  3000 ədəd küknar, eldar şamı və qarağac əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpası və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək olmuşdur.

Sozcu.info






Oxşar Xəbərlər

Xəbər lenti