Bakıda toyda 32 nəfər ZƏHƏRLƏNDİ


Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Sozcu.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Mərasimdə zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların sayının artacağı isitsna deyil. Xəstələrdən bəzilərinin durumu ağırıdır.

Zəhərlənənlər arasında toyda oxuyan müğənnilərin də olduğu bildirilir.

İlkin ehtimallara görə, zəhərlənmə qidadan olub.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda toyda baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzə 25 nəfər hospilitizasiya olunub.

Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, hazırda həmin şəxslərə müvafiq tibbi yardım göstərilir.

***

Dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə aprelin 19-u gecə 32 nəfər (23 qadın, 9 kişi) Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub.

Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.



Oxşar Xəbərlər

Xəbər lenti