28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Archico Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Sozcu.info Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 7 717 manatdır.
Bakı şəhəri Binəqədi rayonu, Dəmiryol küçəsi, ev 19 ünvanında yerləşən, Ağa Nemətulla küçəsi, ev 13 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binanın söküntü işlərinin təşkili ilə əlaqədar layihə-smeta sənədləri hazırlanacaq.