17-03-2026, 15:20
12-03-2026, 11:28
11-03-2026, 17:52
10-03-2026, 11:35
4-03-2026, 17:13
Ayaqqabı qoxusu insanın özünə inamını azaldan və xüsusilə qapalı məkanlarda tez yayılan bir problemə çevrilə bilir. Bu qoxunun əsas səbəbi təkcə tərləmə deyil. Əsas problem tərlə birlikdə yaranan nəm mühitdə sürətlə çoxalan bakteriyalardır. Bu mikroorqanizmlər tərdəki zülalları parçalayaraq pis qoxuya səbəb olan maddələr əmələ gətirir. Hava keçirməyən ayaqqabılar bu prosesi daha da sürətləndirir. Gün boyu ayaqda qalan ayaqqabı bakteriyalar üçün ideal mühit yaradır.
Sozcu.info xəbər verir ki, ayaqqabı qoxusuna qarşı ən çox tövsiyə olunan təbii üsullar mixək və darçındır.
Mixəyin tərkibində olan evgenol maddəsi antibakterial xüsusiyyəti ilə tanınır. Bu isə qoxunun mənbəyini birbaşa hədəfə almağa kömək edir.
Axşam ayaqqabınızı çıxardıqdan sonra içərisinə bir neçə ədəd mixək qoyun. Əgər qoxu güclüdürsə, yanına bir ədəd darçın çubuğu əlavə edin. Bu üsulu müntəzəm tətbiq etdikdə bir neçə gün ərzində nəzərəçarpacaq fərq hiss olunacaq.
Mixək və darçınla yanaşı, soda da tez-tez tövsiyə olunan digər təbii vasitələrdəndir.
Mütəxəssislər bildirir ki, təbii üsulların daha effektiv olması üçün bəzi vərdişləri də dəyişmək vacibdir. Eyni ayaqqabını ardıcıl günlərlə geyinmək, nəm corab və ya ayaqqabını uzun müddət havalandırmadan qapalı saxlamaq qoxunun qalıcı olmasına səbəb olur. Ayaqqabıları növbə ilə istifadə etmək, pambıq corablara üstünlük vermək önəmlidir.
Musavat.com