8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İsmayıllı rayonunda kəndlərindən birində (kəndin adı bəlli olsa da, bəzi səbəblərdən açıqlamırıq) məktəb yaşlı qız qaçırılıb.
Sozcu.info xəbər verir ki, 16 yaşlı qızın kim tərəfindən qaçırıldığı bəlli deyil.
Məlumata görə, bu gün isə onun nişanı olacaqmış. Qız nişanından bir gün əvvəl qaçırılıb.
Kənd sakinlərinin sözlərinə görə, dünən səhər saat 11 radələrində evlərində nişan hazırlığı görülərkən qız qonşuluqdakı bacısıgilə qab gətirməyə gedib. Bir neçə saat keçsə də, o qayıtmayıb. Anası digər qızı ilə əlaqə saxlayıb, onlara getmədiyi məlum olub.
Ailə polisə müraciət edib. Bir neçə saat sonra qız özü ailəsi ilə əlaqə saxlayıb və könüllü qaçdığını deyib. O, Qəbələ rayonunda sevdiyi oğlana qaçdığını bildirib. Oğlanın ailəsi də bu izdivaca razı olduğunu deyib.
Sakinlər deyir ki, bu gün nişanlanacağı oğlana anası məcbur verirmiş, qız buna razı deyilmiş.
Hazırda polis qızın axtarışını davam etdirir.