Yeddi oğlan maşının şüşəsini qırıb tələbə qızı qaçırdı – VİDEO

Yeddi oğlan maşının şüşəsini qırıb tələbə qızı qaçırdı – VİDEO

 

Avtomobilin şüşəsini sındıraraq 21 yaşlı tələbə qızı qaçırıblar.

Sozcu.info"Xəzərxəbər”ə istinadən xəbər verir ki, hadisə 3 gün əvvəl Ağcabədinin Səməd Vurğun küçəsində baş verib.

Məlumata əsasən, qız dərsdən evə qayıdarkən bir qrup şəxs tərəfindən zorla qaçırılıb.

7 nəfər oğlan avtomobilin şüşələrini sındırıb qızı maşından çıxarıblar.

Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir. Qızın yaxınları iddia edirlər ki, onu zorla qaçırıblar.

Qeyd olunub ki, bir müddət əvvəl İsmayıllı rayonunda məskunlaşmış, Laçın rayonundan olan bir ailədən Sevinc Musayeva üçün elçiliyə gəliblər. Qızın anası elçilərə "yox" cavabı verib. Hadisə bundan sonra baş verib. Qızı qaçıran tərəf Sevincin valideynlərinə gənclərin ailə qurmalarına icazə vermələrini xahiş edib. Amma Musayevlər ailəsi qızın özünün də həmin ailəyə gəlin köçmək istəmədiyini deyib.

Qızından xəbər ala bilməyən valideynlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Rayon polis şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Həm qızın, həm də onu qaçıran oğlanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}