Nazir müavini: Prezidentin fərmanı 12 mindən çox şəhid vərəsəsini əhatə edir

Nazir müavini: Prezidentin fərmanı 12 mindən çox şəhid vərəsəsini əhatə edir

 

Şəhid ailələrinin aylıq təqaüdünün 58 manat artırılaraq 300 manata çatdırılması ilə bağlı prezident fərmanının icrasına başlanılıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində brifinq oldu.

Sozcu.info  xəbər verir ki, nazirin müşaviri Mustafa Abasbəylinin açıqlamasına görə, artımlar 1 fevral, 2019-cu ildən tətbiq ediləcək.

Ümumilikdə bu fərman 12 mindən çox şəhid vərəsəsini əhatə edir.

 

Eyni zamanda birdəfəlik müavinət alan şəhid ailələrinin əhatə dairəsi genişləndiyindən sayı 12 min 268 nəfər təşkil edib.

Birdəfəlik ödəmə üzrə siyahıya 2 725 şəhidin, o cümlədən 11 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçusunun vərəsəsi də əlavə olunub.

"O vaxt verilmiş sığorta haqlarını manatın indiki dəyəri ilə indeksasiya etdikdə 100 dollar, bəzi hallarda hətta 12 dollar olurdu. Ona görə də əvvəlki məbləğ çıxılmadan onlara da birdəfəlik 11 min manat yardım verildi”, - deyə M.Abasbəyli qeyd edib.

Qeyd edək ki, ümumilikdə 11 min manat həcmində birdəfəlik yardım üçün ayrılan vəsaitin cəmi həcmi 135 milyon manata yüksəlib.



Oxşar Xəbərlər

Xəbər lenti