8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Çin analitiklərinin dəyərləndirmə və hesablamaları
ÇXR ictimai elmlər Akademiyasının analitikləri və Çin xüsusi xidmət təmsilçiləri Hələblə bağlı durumu bu şəhərin Suriya ordusu tərəfdən qismən təhvil verildiyi 2012-ci ilin iyulundan izləyirlər. SƏR HHQ-nin təyyarələri yaraqlılara yalnız köhnəlmiş döyüş sursatı ilə effektsiz, nöqtə zərbəsi endirə bilirdi.
Çinli mütəxəssislərin dəyərləndirməyinə görə, silahlı münaqişə zamanı Hələbdən Suriyanın digər bölgələrinə 25-27 min yaraqlı keçirilib. Qaldı ki, şəhərdə indiki vəziyyətə, həmin qaynağın məlumatına görə, Hələb rayonunda iyulun 31-dən avqustun 9-dək fəal döyüş əməliyyatları dövründə həm Suriya SQ, həm də antihökumət dəstələri canlı qüvvədə xeyli itki verib.
ÇXAO hərbi kəşfiyyatı analitiklərinin hesabladığına görə, antiəsəd qüvvələri Hələb rayonunda nəqliyyat artilleriyalarının mühasirədən qurtarılması üçün 15 müxtəlif qruplaşmadan beş mindən yeddi minədək qüvvə toplayıb, lakin birinci növbədə Rusiya aviasiyasının hökumət qoşunlarına fəal atəş dəstəyi sayəsində əks-hücum cəhdləri uğurla nəticələnməyib. Rusiya qırıcı və bombardmançıları Əsəd ordusunun bölmələrinə "cərrahi” dəqiq yardım göstərir. Üstəgəl, Tu-22M3 strateji bombardmançıları son iki həftə ərzində islamçıların obyektlərinə güclü zərbələr endirib ki, bu da onların komandirlərini başqa istiqamətlərdə yerüstü əməliyyatlardan ehtiyatlanmağa məcbur edir. Bundan başqa, Əsəd əleyhdarlarının dəstələrini maliyyələşdirən dövlətlər qəyyumluqlarında olanların qarşısına ən müxtəlif vəzifələr qoyur ki, bu da yerlərdə əməliyyyatların koordinasiya səviyyəsini aşağı salır.
ÇXR müasir beynəlxalq münasibətlər problemi İnstitutu əməjkdaşlarının hesab etdiyi kimi, Hələblə bağlı durumda Ankaranın rolu xüsusən böyükdür. Şəhərdə bir neçə yüz "könüllü” – Türkiyə SQ xüsusi təyinatlı bölmələrinin hərbçiləri fəaliyyət göstərir.
ÇXR müşahidəçilərinin məlumatına görə, son yarım ildə Hələbdə ərzaq və dərman qıtlığı öz təsirini göstərir. Şəhərdəki yeddi xəstəxananın hamısı xəstə və yaralılara yardımı dayandırıb. Qırmızı xaç və Qırmızı Ayparanın kanalları ilə məlumat daxil olur ki, şəhərdə qalmış əhali aclıq çəkir, çünki Hələbə nəzarət edən dəstələr İraq və Türkiyə ərazisindən gələn ərzağa fövqəlyüksək qiymət qoyub. Ərzaq satışından əldə edilmiş vəsait silahlanma, döyüş sursatı və yaraqlıların maaşına gedir. Eyni zamanda islamçıların əsas döyüş sursatı anbarlarından biri Hələbdə yerləşir.
ÇXR-in məlumatına görə, Suriyadakı yaraqlılar son iki ildə Qətər, Səudiyyə Ərəbistanı və Türkiyədən ümumən 1,15 milyard funt sterlinq dəyərində silah və döyüş sursatı alıblar.
Çin mütəxəssisləri güman edirlər ki, Rusiya HKQ-nin intensiv işi Suriya SQ-ə yaraqlılarla effektli şəkildə döyüşmək imkanı verir.
Döyüş meydanında çəkilən hədlər
Hələbin şərq rayonlarında iki dairə biçimlənib. Birində hökumət gücləri, ikincisində islamçılar yerləşir. Lakin bu dairələr şərtidir – xüsusən də hökumət güclərinin yerləşdiyi. Hələbin şərq rayonlarına dəhlizin işini dayanıqlı adlandırmaq olmaz – onu Suriya ordusu atəşə tutur. Dəhlizlə önəmli qüvvə və döyüş sursatı keçirmək mümkünsüzdür, dövrələnmiş yaraqlıların durumu həsəd aparılası deyil.
Amerika kəşfiyyatının məlumatına görə, dəhlizi tam bağlamaq mümkün olmayıb, lakin yüksəkliklər ələ keçiriləndən sonra da orada hərəkət etmək mümkün deyil. Amerikalılar eyni zamanda Hələbdən güney-şərq tərəfdə yaraqlıların cəmləşdiyini qeydə alıblar ki, bu da yeni əks-hücum ehtimalı doğurur. Bundan savayı, şimaldan şəhərin üzərinə "Cəbhət ən-Nusra” ilə müvəqqəti alyansa girə biləcək İŞİD-in dəstələri gəlir.
İŞİD-in yaradıcıları nəyə can atır?
Hazırda Hələbdə Əsəd müttəfiqlərinin əlavə qüvvələri – "Hizbullah”ın elit "Radvan diviziyası”ndan yaraqlılar, İraqın "Hərəkət əl-Nucaba”sından yığmalar və "Əl-Qüds briqadası”ndan fələstinlilər. Suriya hökumət qoşunları – xüsusi təyinatlı 15-ci batalyonun qüvvələri, "Pələng” bölməsi və 4-cü zirehli tank diviziyasının bölmələri də gətirilir. Bu, məqsədi düşməni güney-şərqdən mümkün qədər çox aralandırmaq olan əks-hücum hazırlığından xəbər verir. ABŞ hərbi kəşfiyyatı durumu antiəsəd qüvvələri üçün son dərəcə təşvişli kimi qiymətləndirir. Amerikalılar ehtimal edirlər ki, islamçılar qarşısında duran əsas vəzifə Hələbin sünni əhalisinin "yeganə müdafiəçisi” imicini saxlamaqdır ki, bu da onlara insan ehtiyatları axını verir.
Ankara və Dəməşqin dialoqu üçün
Suriyadakı böhran sırf hərbi üsulla həll edilə bilməz. Bu həm ölkədəki demoqrafik-dini nisbət, həm də müsəlman dünyasındakı sünni-şiə qarşıdurmasının gedişi ilə müəyyən olunur. Suriyada islamçı sünni hərəkatının sponsorlarının dəstəyi səudlar, Qətər və Türkiyənin simasında davam edəcək.
Alyansda zəif halqa Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması və Qərblə soyuması fonunda Suriyada siyasi konyunkturaya uyğun çeviklik göstərəcək Ankaradır. Ankaranın mövqeyinə əsas təsir üsulu kürd amili olaraq qalır.
Bundan savayı, Ərdoğanın bu bölgədəki əsas müttəfiqi prezident Bərzaninin hakimiyyətdən gedişi perspektivi ilə Tehranın İraqın kürd muxtariyyətində güclənməsi Ankara üçün son dərəcə arzuolunmazdır. Suriya münaqişəsi üzrə Ankara ilə dialoq adını "Cəbhət Fəth əş-Şam” qoymuş "Cəbhət ən-Nusra”ya dəstəyin dayandırılmasına yönəltməklə qurulmalıdır.
Əsəd və Rusiya HKQ-nin cihadçı vəhşiliklərdə nüfuzdan düşməmiş Türkiyəyönlü dəstələrin mövqelərini bombalamaqdan imtinası da mümkündür. Perspektivdə Türkiyəyönlü mötədil siyasi fiqurların Suriyanın dövlət-inzibati strukturlarında inkorporasiyası haqda danışmaq olar.
Hakimiyyət arxitekturasını qurmaqda təşəbbüsü Türkiyəyönlü simaların əlinə vermək və Moskvanın baş vasitəçi rolunu saxlamaqla bu xüsusda Ankara və Dəməşqə əl verən güzəştlərin hazırlanması səmərəlidir.
Yevgeni Satanovski
Yaxın Şərq institutunun prezidenti