ABŞ “İran Air” şirkətinə tətbiq etdiyi sanksiyaları qismən aradan qaldırıb - Maliyyə Nazirliyindən açıqlama

ABŞ “İran Air” şirkətinə tətbiq etdiyi sanksiyaları qismən aradan qaldırıb

 

ABŞ "İran Air” şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları qismən aradan qaldırıb.

Avqust ayından başlayaraq şirkət təyyarələri üçün ehtiyat hissələri ala biləcək.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, İran şirkəti ABŞ-ın və Avropanın təyyarə istehsalçılarından təyyarə deyil, yalnız mühərrik üçün ehtiyat hissəsi ala bilər. "İran Air” şirkəti 2021-ci ilə kimi ehtiyat hissələri ilə yanaşı, yeni texnologiyalar almaq hüququna malikdir.

Xatırladaq ki, İranın aviasiya şirkəti Avropanın ən böyük təyyarə istehsalçısı olan ATR korporasiyası ilə 20 sərnişin təyyarəsinin alınması barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən İran 5 təyyarə alıb. Lakin ABŞ-da D.Trampın sanksiya siyasəti qalan təyyarələrin alınmasına imkan verməyib(azərtac).



Oxşar Xəbərlər

Xəbər lenti