10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Səfər Əbiyev "rus qafalı"ların hədəfində: SADIKOVU RUSİYAYA NƏ BAĞLAYIR
Son zamanlar mətbuat orqanlarında keçmiş müdafiə naziri Səfər Əbiyev barədə müxtəlif ittihamlar irəli sürülür. Onun nazir olduğu dövrdə "mənimsədiyi” var-dövlətin gah Çexiyada, gah Macarıstanda, gah da off-şor zonalarda saxlanıldığı iddia olunur. Bir sıra müxalif yönlü ekspertlərin diliylə keçmiş müdafiə nazirinin indiyə qədər həbs olunmamasının və hətta müdafiəyə ayrılan vəsaiti rahatlıqla "mənimsəyə bilməsinin” səbəbləri yuxarı dairələrdən aldığı himayə ilə izah olunur.
Əbiyevin müdafiə naziri olduğu dövrdə orduda ən yüksək postu tutduğunu nəzərə alsaq, onun özündən yuxarı səlahiyyət sahibləri tərəfindən himayə edilməsi iddiasıyla daşın hansı bostana atıldığı məlumdur. Biz bu ittihamların həqiqəti nə qədər əks etdirib-etdirmədiyini müəyyənləşdirməyi iddia irəli sürənlərlə bostanına daş atılanların öz ixtiyarına buraxırıq. Bu yazımızda isə daha çox "qara piar”kampaniyasının arxasında duran maraq və maraq dairələrini araşdırmağa çalışacağıq.
İlk öncə onu qeyd etməyi vacib bilirik ki, Səfər Əbiyevi müdafiə etmək kimi bir niyyətimiz də yoxdur. Korrupsiyanın hökm sürdüyü ən yüksək səlahiyyət sahibləri tərəfindən etiraf olunan Azərbaycan reallığında istənilən iri məmura bu ittiham yapışar. Hətta təmiz olsa belə... Fəqət korrupsionerliyin adi həyat standartına çevrildiyi ölkələrdə, o cümlədən Azərbaycanda istənilən iri məmurun fəaliyyətində hər hansı "kirli pullar” axtarılırsa, bunun heç də keçmiş sovet təbirlərilə desək, "dağıdılan dövlət əmlakına canıyananlıq”dan qaynaqlanmadığı, əksinə, rejimdaxili mübarizələrin məntiqi nəticəsindən doğduğu şübhə doğurmur.
Keçmiş müdafiə nazirinin vəzifəsindən uzaqlaşdırılmasından 3 il sonra işində yol verdiyi nöqsanların gündəmə gətirilməsi, indiyə qədər isə bu məqamın üzərindən sükutla keçilməsi də məqsədin "qara piar” olduğunu təsdiqləyir.
Maraqlıdır ki, mövqeyini öyrənməyə çalışdığımız hərbi ekspertlər də bu məsələdə bizimlə razılaşırlar. Adının çəkilməsini istəməyən mənbəmiz sualımıza bu cür cavab verdi:
"Sifarişli qara piarın aparılması göstərir ki, rus qafalılar Səfər Əbiyevdən əl çəkmək niyyətində deyillər. Orduda hazırkı müəmmalı bəzi məsələlərin üzərini ört-basdır etmək üçün keşmiş nazirin üzərində "cinayətkar” obrazı yaratmağa ciddi səylər göstərilir.
Elə Səfər Əbiyevin əleyhinə mətbuatda gedən son yazılardan da bunun parlaq mahiyyətini görə bilərik. Ortaya sual çıxır: əgər həqiqətən deyilənlər doğrudursa, bəs, bu illər ərzində nədən bu prinsipiallıq ortaya qoyulmadı və Əbiyevin istefasından "seriallar” qanad açmağa başladı? Xoruzun quyruğunu burda axtarmaq gərək”
.
Fikir verdinizsə, həmsöhbətimiz indiyə qədər yazıda rast gəlmədiyimiz iki məfhumun adını çəkir: "rus qafalılar” və "xoruzun quyruğu”. Olmaya, axtardığımız "xoruzun quyruğu” da elə "rus qafalılar”dır? Doğrudan da, həmsöhbətimizin sözü olmasın, artıq vəzifəsindən uzaqlaşdırılmış Səfər Əbiyevlə mübarizə kimə lazımdır? Sabiq nazirə qarşı aparılan kampaniyada nəyə nail olmaq istənilir?
Zənnimizcə, bunun ən başlıca səbəblərindən biri ölkə sərhədlərini aşan hərbi-strateji mübarizələrdə axtarılmalıdır. Xüsusilə son zamanlar NATO-Rusiya arasındakı ziddiyyətlərin artması, yeni çəkişmə məkanının Qara dəniz- Xəzər hövzələrini əhatə etməsi müşahidə olunur.
Təsadüfi deyil ki, NATO-nun son Varşava sammitində də Alyans növbəti hədəfinin Qara dəniz hövzəsi olduğunu açıq şəkildə elan etmişdi.
Sammitdən sonra iki hərbi qüdrət arasında gərginləşən münasibətlər fonunda NATO-nun Gürcüstanda hərbi təlimlər keçirməsi, öz Baş katibi Cens Stoltenberqin diliylə qapılarının qonşu ölkəyə, həmçinin müəyyənləşdirilmiş konkret standartlara uyğun gələn istənilən Cənubi Qafqaz ölkəsinə açıq olduğunu bildirməsi cavabını çox gözlətmədi.
Senyabr ayının 10-da NATO-nun Gürcüstanda hərbi təlimləri bitər-bitməz, Rusiya özünün "Qafqaz-2016” hərbi manevrinə başladı. İki hərbi gücün bir-birinin ardınca keçirdiyi manevrlərdə ortaya çıxan rəqəmlərdən aydın hiss olunurdu ki, bu təlimlər əslində bir-birinə qarşı göstərilmiş əzələ nümayişi idi. O da təsadüfi deyil ki, NATO-nun Gürcüstan hərbi təlimində 1200 əsgər iştirak edirdisə, Rusiyanın "Qafqaz-2016” təlimində 120 min hərbçi yer almışdı. Sanki bununla Moskva NATO-ya bu mesajı verirdi: Nəbadə, Cənubi Qafqaza gəlməyi ağlınızın ucundan keçirəsiniz, əks halda qarşınıza 100 dəfə artıq qüvvə ilə çıxaram. Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun "Qafqaz-2016” ilə bağlı söylədiyi aşağıdakı fikirlərində də açıq şəkildə "yeri gələrsə, savaşa belə girə bilərik” mesajı verilirdi:
"120 mindən çox əsgər ilə federal müdafiə nazirliyi və hərbi hissələri; cənub, mərkəz və qərb hərbi dairəsi və Şimal Donanması tərəfindən təşkil edilən təlimlərə qatıldı. Manevrlərə qatılan təyyarələr də bundan əvvəl Suriya Ərəb Respublikasında qazandıqları təcrübələrdən istifadə etdilər"
.
Gerasimovun Suriyada hərbi təlim keçən təyyarələri xatırlatması Rusiyanın istənilən döyüşə hazır olduqlarına, lazım gələrsə Qafqazı Suriyaya çevirə biləcəklərinə açıq işarə kimi başa düşülməlidir.
Maraqlıdır ki, iki hərbi qüdrətin Cənubi Qafqazda əzələ nümayişindən sonra keçmiş müdafiə naziri Səfər Əbiyevə qarşı "qara kampaniyaya” da start verildi. İstefasının üzərindən 3 il keçməsinə baxmayaraq, onun nəzəri olaraq "mənimsəyə biləcəyi” varidatı gündəmə gətirildi.
Əldə etdiyimiz məlumatlara görə, müəyyən dairələrin yadına keçmiş xatirələrin düşməsi səbəbsiz deyil. Belə ki, Səfər Əbiyev nazir vəzifəsini icra etdiyi müddətdə NATO-nun adamı kimi tanınırdı. Onun ordudakı Rusiya tərəfdarlarını sıxışdırdığı, xeyli "rus qafalı” zabiti işdən uzaqlaşdırdığı da bizə ötürülən informasiyalar arasındadır.
Bildirildiyinə görə, Səfər Əbiyev nazir olduğu 18 il ərzində əsas diqqətini ordu quruculuğundan çox, rus tərəfdarlarını zərərsizləşdirməyə həsr edibmiş. Hətta onun zamanında Rusiyanın əsas adamı kimi tanınan Nəcməddin Sadikovun səlahiyyəti ancaq qoltuğunda gəzdirdiyi qovluğu açmağa çatırmış:
"Səfər Əbiyevdən sonra Sadıkov, yenidən əvvəlki mövqelərini bərpa etməyə çalışır və NATO-ya bağlı qüvvələri zərərsizləşdirməklə faktiki istədiyinə nail olub”.
İnformasiya mənbəyinin bildirdiyinə görə, 2013-cü ildəki kadr islahatlarından sonra həbsə atılan yüksək rütbəlilərin də böyük əksəriyyəti NATO-ya bağlı adamlar imiş:
"Səfər Əbiyevə qarşı başladılan son "qaralama kampaniyası”nın məqsədi də əslində hələ tamamlanmamış bu təmizləmə prosesini sona çatdırmaqdır. Görünür, ordudakı Rusiyaya bağlı qüvvələr daha genişmiqyaslı əməliyyatlara başlamaq üçün keçmiş nazirin həbsinə nail olmaq istəyirlər. Bundan sonra isə, böyük ehtimalla, sabiq müdafiə nazirinin boynuna qoyulan bütün "cinayət əməllərinin icraçıları”nın həbsi başlayacaq”.
Məlumatlı mənbənin bildirdiyinə görə, Səfər Əbiyevi korrupsiyada ittiham edənlər də heç "süddən yenicə çıxmış ağ qaşıq” deyillər: "Azərbaycan mətbuatının müxtəlif zamanlarda gündəmə gətirdiyi informasiyalara nəzər salanda da bu həqiqəti aydın görmək mümkündür. Ölkə mediasının bir müddət əvvəl yazdığından belə aydın olur ki, Nəcməddin Sadıkovun Rusiyanın Dağıstan vilayətində dəyəri milyonlarla dollar hesablanan layihələri batıb. Hətta bu itkinin kompensasiyası kimi ona Dağıstanın milli qəhrəmanı statusu verilib, adına küçələr salınıb”.
Həmsöhbətimiz istənilən bir ölkənin Baş qərargah rəisinin başqa bir ölkədə milli qəhrəman elan edilməsinin analoqunun olmadığını bildirirək, bunun faktiki olaraq, Azərbaycanın suverenliyinə kölgə saldığını deyir:
"Axı nə qədər yaxın münasibətlərdə olsaq belə, Rusiyanın öz dövlət maraqları var. Zaman-zaman bu maraqlar bizim milli maraqlarımıza cavab vermir. Bəs, hansısa bir məqamda iki maraq dairəsinin toqquşması zamanı Nəcməddin Sadıkov hansına üstünlük verəcək? Özünü Rusiyanın milli qəhrəmanı, yoxsa Azərbaycanın Baş Qərargahının rəisi kimi aparacaq?”
Qaynağımız Nəcməddin Sadıkovun Rusiyaya bağlayan başqa faktlardan da danışdı. Onun sözlərinə görə, Baş qərargah rəisinin qardaşı Ermənistanın Gümrü şəhərində yerləşən rus hərbi korpusunda yüksək vəzifə tutur. Oğlu Məhəmməd Nəcməddin oğlu Sadıkov isə bir müddət əvvəl Dağıstan prezident aparatının rəhbərinin köməkçisi təyin olunub. Xatırladaq ki, bundan əvvəl Məhəmməd Sadıkov Azərbaycan Vergilər nazirinin müşaviri vəzifəsində çalışırdı. Onun bu vəzifədə oturmasının tarixi isə uzun deyil. Məhəmməd Sadıkov 23 Noyabr 2015 tarixində Vergilər naziri Fazil Məmmədovun əmrilə bu vəzifəyə təyin olunub. Üzərindən heç bir il keçməmiş isə işindən uzaqlaşmalı olub. Amma göründüyü kimi, oğul Sadıxovun işsizliyi də uzun sürməyib. Vergilər Nazirliyindən uzaqlaşdırılmasından az sonra Sadıxova atasının milli qəhrəman olduğu Rusiyanın Dağıstan vilayəti öz qucağını açıb.
İnformasiya qaynağımız Sadıxovun Vergilər Nazirliyindən uzaqlaşdırılmasının səbəbləri barədə də danışdı. Mövzumuzla çox əlaqədar olmadığından bu barədə yazmağı məsləhət görmədik. Nədən ki, məqsədimiz Azərbaycan ordusunda gedən mövqe qazanmaq mübarizəsinə aydınlıq gətirmək, NATO-Rusiya ziddiyyətlərinin Cənubi Qafqazın önəmli ölkəsi kimi Azərbaycanda necə əks-səda doğurduğuna işıq tutmaq idi.
Heydər OĞUZ
Oxşar Xəbərlər
Rabitədə MTN-lə bağlı əməliyyat - Eldar Mahmudovun qohumu "vuruldu"
Ziya Məmmədovun yaxın ətrafı ilə bağlı daha bir həbs xəbəri: Yenilənib
«MTN işi» Yavər Camalova da təhlükə yaratdı; Müdafiə sənayesi naziri istintaqa cəlb edilə bilər
Gürcüstanın baş naziri bu gün Bakıya gəlir
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…