8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ dövlət katibi Con Kerri bir neçə gün əvvəl bildirib ki, hazırda Qarabağ nizamlaması üçün şərait yoxdur. Bunun ardınca Ruisya XİN-dən əsəbi reaksiya gəldi. Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova bildirib: "Hesab edirik ki, nizamlama bəyanatlardan deyil, bizim də məşğul olduğumuz əməli işlərdən udur”.
Bu gün Azərbaycan da Con Kerrinin bəyanatı ilə bağlı qəzəbini ifadə edib. Ölkə prezidenti administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, Kerrinin bəyanatından hiddətlənib və təəccüblənib və hətta onu tanımır.
Rusiya ilə Azərbaycanın harmonik reaksiyası mənasız deyil və təbiidir. ABŞ faktiki olaraq o cümlədən araşdırma mexanizminin tətbiqi yoluyla status-kvonun qəbul edilməsini təklif edir ki, bu da Rusiya və Azərbaycanın Qarabağ siyasətinin sonu ola bilər.
Rusiya Suriyada mürəkkəb duruma düşüb. Putin hətta "nüvə şantajı”na əl atmalı olub ki, ABŞ-dan güzəştlər qoparsın – xüsusən də disijnmeykerlər "klub”una (ingiliscə "disijnmeyker” – qərar qəbul etməkdə köməkçi-tərc.) qayıtmaq icazəsi. ABŞ inadla icazə vermir, Vaşinqton şantaja isə Suriya səmasını Rusiya təyyarələrinə bağlamağı vəd etməklə cavab verib.
Görünür, Rusiya indi apreldəki kimi "klub”a Qarabağdan daxil olmaq istəyir. Şübhə yoxdur ki, sərhəddəki durum ABŞ-ı bu qayda ilə sıxan Rusiyanın razılığı ilə gərginləşdirilir. Moskva ilə Bakının Kerrinin bəyanatına əsəbi reaksiyasının səbəbi də budur.
Paralel şəkildə Rusiya mətbuatında rusiyalı ekspertlərin cürbəcür dərcləri ortalığa çıxmağa başlayıb ki, Qarabağı yenidən Azərbaycana qaytarmağa hazırlaşırlar.
Ermənistan silahlı qüvvələrinin bu durumda yeni fitnələrdən yayınmaq üçün yeni rejimə keçməsi lazımdır. Rusiya-Azərbaycan əməkdaşlığının üslub və üsulları çoxdan öyrənilib.
Lragir.am (Ermənistan), 07.10.2016