Alman ekspert : “İran və Rusiya strategiyaca Qərbi üstələyir” – Təhlil

Alman ekspert : “İran və Rusiya strategiyaca Qərbi üstələyir” – Təhlil

 

Mixael Volfson

Die Welt (Almaniya), 01.12.2016

 

Avropalı və amerikalılar Tehranla sazişə görə sevinirlər, guya ki, o, sülh gətirəcək. Lakin müharibə mümkündür. Mollalar silah alır, İsrail və Səudiyyə Ərəbistanına qalib gəlmək istəyirlər.

İran strateqləri və Rusiya prezidenti Putin alman, Avropa və ABŞ strateqlərini xeyli üstələyirlər. Qərbdən fərqli olaraq Tehranda qərar qəbul edənlər və Putin sabahkı gün haqda fikirləşir və tarixi  kateqoriyalarla düşünürlər. Bu iddia 2015-cin ilin yayında nüvə sazişi bağlandıqdan sonra hadisələrin necə inkişaf etdiyi ilə təsdiq olunur.

Hər bir strategiyadan öncə siyasi iradə gəlir. O, ən azı, bir hədəfi güdür. İran xarici siyasətdə iki məqsədi təqib edir. Birincisi, dövlətin xaricdən məhv edilməsi təhlükəsi qəti şəkildə istisna olunmalıdır. 80-ci illər durumu bir də heç vaxt təkrar olunmamalıdır.

O zaman Fars körfəzində I müharuibədə Səddam Hüseyn İraqı İranı məhv etmək hədə-qorxusu gəlirdi. Buna görə də İran rəhbərliyi 1985-1986-cı illərdə atom silahlanması haqda qərar qəbul edib. Atom bombası istənilən mümkün təcavüzkarı qorxutmalı və bu qayda ilə İran dövlətçiliyini uzun müddətə təhlükədən xali etməliydi.

 

Ukrayna və Liviya İranın haqlı olduğunu etiraf edir

 

Bu cür qərarın nə qədər dügzün və uzaqgörən olduğunu Liviya və Ukraynanın taleyi sübut edir. Şimali Afrika diktatoru Qəddafi nüvə tərk-silahını başa çatdırdıqdan sonra xarici müdaxilə nəticəsində 2011-ci ildə devrildi.

Eynilə də Ukrayna. O, Sovet İttifaqı dağılandan sonra sovet atom silahından imtina etməyə hazır idi.  Buna görə uzunmüddətli zəmanətlər əldə etdi. Bu, üzərində çap olunduğu kağıza dəymədi.

Bu arada Rusiya Krımı ilhaq edib və ölkənin şərq hissəsinə yiyələnib. Atom silahı olsaydı, heç kim Liviya və Ulraynaya hücuma cürət etməzdi.

İkincisi, Tehran İsraili yəhudi dövləti kimi məhv etmək və yaxud bu, mümkün olmadığı halda, ən azı, onu üzüyola etmək dərəcəsində zəiflətmək istəyir. İsrailin artıq çoxdan atom silahı var.

İran kim atom silahına malikdirsə, onda onun ən ifrat halda tətbiq edəcəyini yaxşı dərk edərək yaxınlaşmaq istəyərdi. Yəni söhbətin dövlətin məhv edilməsi təhlükəsindən getdiyi halda.

Tehranda düzgün mülahizə edildiyi kimi, İsraillə İran arasında pat atom vəziyyəti İsraillə silahlanma yarışını adi silahlar formatına qaytaracaq, çünki onların heç biri atom bombasını birinci atmayacaq.  

 

İsrail uzunmüddətli perspektivdə yalnız uduza bilər

 

İsrail demoqrafik (əhalinin sayı) və iqtisadi (xammal üstəgəl elmi potensial) baxımdan adi silahlanma yarışını ancaq uduza bilər. Plan bu cür görünür. Onun həyata keçirilməsi üçün iki məsələ lazım idi. Birincisi, İran atom silahı sahəsində öz hərbi imkanlarını ifrat hal  səviyyəsində saxlamalıydı. Və ikincisi, zəmanət almalıydı ki, İran-İsrail silahlanma yarışı həqiqətən də yalnız adi silahlarla məhdudlaşacaq.  Tehran nüvə sazişi ilə ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniyanın köməyi və AB xeyir-duası ilə məhz buna nail olub. Almaniya daxil olmaqla bütün dünya sevinir və bunu sülh siyasəti sayır. Bu arada şiə İranı bu günki qismən tam köhnəlmiş silahları ilə şiə tərəfdaşlarının xeyrinə olaraq Suriya, İraq və Yəmənə uğurla müdaxilə edir. O, sünnilərin idarə etdiyi, neftlə zəngin, haqlı olaraq narazı xeyli sayda şiənin yaşadığı Bəhreynə, həmçinin Səudiyyə Ərəbistanının şərqinə nüfuz edir. Bura süd çaylarının deyil, lakin, bəlkə də, (obrazlı şəkildə deyilsə) neft və təbii qaz çaylarının axdığı səhra karllığının bir hissəsidir.   

Bu bildirir ki, İran artıq indidən həm İsraili, həm Səudiyyə Ərəbistanını, həm də Fars körfəzinin mötədil ərəb dövlətlərini mühasirəyə alır. İqtisadi sanksiyaların ləğvindən sonra İran milyardlar əldə edir və varlanır.

 

Rusiya – "yeganə gərəkli dövlət”

 

İran indi dünya bazarından silah alır. Əsasən, Putin Pusiyasından, çünki Putin artıq çoxdan Tehrana dəstək verir. O da öz strategiyasının bəhrələrindən yararlanır. Bu bizə xoş gəlməyə də bilər, lakin onun gözlərində müvəffəqiyyətlidir.

Putin ancaq bu zaman onunla danışmağa imkan verəcək – nəzərdə tutulur ki, Qərb Ukrayna, Krım və Suriyaya nisbətdə ona doğru addım atsa, sonrakı böyük satışlardan imtina edəcək. Rusiya bu gün siyasi mənada "yeganə gərəkli dövlətdir”, artıq daha ABŞ deyil (ABŞ ümumiyyətlə haçansa bu cür olubsa).

Bu zaman Putin həm iqtisadi baxımdan, həm də hərbi planda udur. Öz köhnə silahını İrana satır. Qazanılmış vəsaitlə yeni və müasir silahları inkişaf və istehsal edə bilər. İran üçün Putinin köhnə silahı əvvəlki, qismən şahın qədim əyyamına aid, yəni ABŞ silahlarından ibarət cəbbəxanadan daha təzədir.

İran Qərb texnologiyaları ilə təchiz olunan İsrail və ərəblərə qarşı işlədilməsi mümkün olmayan köhnə silahları tərəfdaşlarına satır və ya bağışlayır. O bu qayda ilə həm coğrafi, həm də siyasi baxımdan ayağı altında möhkəm zəmin qazanır.

Almaniya və Qərb olmayan sülhə görə sevinir və müharibə tələb edir. Şər niyyət üzündən deyil, strateji bacarıqsızlıq səbəbəindən. Qərbin uğurları bu cür görünürsə, onda öz-özünə sual etməyinə dəyər ki, bəs onda uğursuzluq necə görünür.



Oxşar Xəbərlər

Xəbər lenti