8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
© AP Fhoto, Geert Vanden Wijngaert
Pyer Haski
L'OBS (Fransa), 07.12.2016
Görünür, Avropa İtaliya hökumət başçısı Matteo Rensinin istefasından növbəti sarsıntı yaşadığı bir anda Avropada hansısa sıçrayış gözləmək tamamilə qeyri-realdır. Lakin dünyanın artıq Donald Trampın seçilməsindən qaynaqlanan dəyişilmə prosesində olduğu bir vaxtda bu gün məhz bu çatışmır. Həm də bu o hələ vəzifəyə rəsmən başlamamışdan baş verir.
Hamı bir ay ərzində yeni administrasiyanın aparcağı xarici siyasətin necə olacağını sezmək ümidilə Nyu-Yorkdakı Tramp Qülləsini müşahidə edir. Qənaət birdir – gözlənilməz.
Onun əsas postlara ilk təyinatları, həmçinin diplomatik səhnədə ilk addımları ən pisindən ehtiyatlanmağa imkan verir. Predmetə və cari problemlərə tam nabələdlik, şəxsi intuisiya və xarakterə sonsuz inamın çoxalması (bütün bunları onun güclü sabitsizləşdirmə silahı olan Tvitterdə görmək mümkündür) prezident postunda ilk addımları qalmaqallı və təşvişli görməyə zəmanət verir.
O hətta Obamacare və müsəlmanların ABŞ-a gəlişinə qadağa kimi seçkiqabağı vədlərindən bəzilərini yumşaltsa da, artıq onsuz da qeyri-sabit və təhlükəli dünya üçün həqiqətən və heç də hökmən düzgün istiqamətdə təsir edə biləcəyi məsələləri baxış sahəsində saxlamaqda davam edir. Bu, əsasən, İranın nüvə problemi və iqlim məsələsinə aiddir. Bura hələ Tayvana doğru ilk addımlar və Tvitterində Pekinə qarşı həmlələrə əsasən Trampın "düzəltmək” qərarına gəldiyi yüksələn superdövlət Çinlə münasibətləri də əlavə etmək olar.
Seçkilərin hücumu
Brexit, Mərkəzi Avropa ölkələrindəki prinsipsiz müxalifət, mühacir böhranı, Türkiyə ilə münasibbətlər, İtaliya böhranı – daxili problemlərin təqib etdiyi Avropa dünyanın onsuz da dəyişildiyi və onun maraqları ilə hesablaşmadığını başa düşməmişdən əvvəl ayılmalıdır. AB daha cəld hərəkət ertməlidir.
Donald Tramp yanvarın 20-də vəzifəsinə başlayacaq və o zaman siyasi seçimləri AB-nin maraqları ilə zidd olarsa, yeni administrasiyaya müqavimət göstərə bilib-bilməyəcəyi və yaxud göstərməli olub-olmadığını qət etməlidir. Və Barak Obamanın dediyi kimi, Avropa Birliyi əsas müttəfiqi ABŞ-ın keçməməli olduğu "qırmızı xətləri” göstərməlidir.
Bu, Fransa və Almaniya üçün birinci dəfə olmayacaq. Böyük Britaniya Toni Blerin başçılığı altında, həmçinin Mərkəzi və Şərqi Avropa bir nəfər kimi Vaşinqtonun arxasında durarkən Fransa və Almaniya artıq 2003-cü ildə Buş administrasiyasını rədd edib. Lakin Avropa yenə də yox deməyi bacaracaqmı? Artıq bir qədər kənarda durmuş Böyük Britaniyann mümkün satqınlığından sonra 28 və yaxud 27 ölkənin hamısı. Və son nəticədə ancaq 2 və ya 3 ölkə?
Sınaq çox sürətlə üstümüzü ala bilər. Əsas ölkələrdə – İtaliya qeyri-müəyyənliyi nəzərə alınmasa, 2017-ci ilin martında Hollandiyada, mayda Fransada, oktybarda Almaniyada seçkilər silsiləsinin girovu Avropanın siyasi təqviminə nisbətdə çox tezliklə. Mühüm strateji qərarlara mane olan tədbirlər.
İran məsələsi testi
İran Tramp kampaniyasının test məsələlərindn biridir. Bildiyimiz kimi, Tramp seçkiöncəsi yarış zamanı Tehranla 2015-ci ildə imzalanmış müqaviləni fəlakətli adlandırıb və onu cırıq-cırıq edəcəyini vəd edib. O, ilk olaraq İrana münasibətdə ədavətə köklənmiş adamları əsas vəzifələrə təyin edib. Milli təhlükəsizlik üzrə müşavir Maykl Flinn, müdafiə naziri, dəniz piyadasından çıxmış general Ceyms Mettis və nəhayət, bu yaxınlarda Tvitterdə İranla sazişi Tramp kimi fəlakətli adlandıran MKİ rəhbəri Mayk Pompeo.
Demək olar, tam respublikaçı Konqres hələ Vaşinqtonda administrasiya əvəzlənənə qədər Tehrana qarşı yeni sanksiyalara səs verib. Əlbəttə, prezident Obama bunları imzalamayacaq, lakin prezident Tramp yanvar ayında bunu tam şəkildə edə bilər.
Tramp administrasiyası müqavilə şərtlərinə yenidən baxılması üçün başqa dövlətlərin – Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Çinin imzalarını əldə etməyəcək. Onu bağlamağa xeyli il lazım gəlib və indi BMT TŞ qətnaməsi ona zəmanətdir. Hətta müqavilənin bir neçə bəndinin sərtləşdirilməsini tələb edərək imzalanmanı ləngidən Fransa da buna getməz. Lakin ABŞ yeni, birtərəfli sanksiyalar tətbiq etməklə onun icrasına mane ola bilər. Ya da sadəcə, "BNP işi” ilə olduğu kimi Tehranla iş görən şirkətlərə cavab tədbirləri hədəsi gələcək. Fransa bankı 2015-ci ildə müqavilə bağlanana qədər İranla əməliyyata görə 8,9 milyard dollar rekord cərimə qazanıb. Bu, şirkətlərin böyük qismini hürküdə bilər.
ABŞ-la tənləşmək?
ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniyada çıxış edir
© AFP 2016, Mandel Ngan
Təşviş düşmüş iranlılar artıq avropalılara, xüsusən də müqaviləni imzalamış fransız və almanlara siqnallar göndərib Vaşinqtona qarşı çıxmağa çağırırlar.
İranla müqaviləni saxlamaq lazımdırmı? Trampın çevrəsində və bu müqaviləni heç vaxt dəstəkləməyən İsraildə hesab edirlər ki, müqavilə öhdəlikləri yerinə yetirilməyib. Söhbət İnqilab keşikçilərinin İraq, Suriya və Yəməndə əvvəlikdən xeyli artıq fəallıq sərgilməsilə bağlı Yaxın Şərqdə İran ekstremizminin önlənməyindən gedir. Lakin avropalılar buna başqa cür baxırlar. Onlar İrandakı durumun bütün mürəkkəbliyini yaxşı bilməklə hesab edirlər ki, qaynayan Yaxın Şərqdə bu sənəd yeganə müsbət məqamdır və onun iflası öhdəsindən gələ bilməyəcəkləri İnqilab keşikçilərinin, radikalların qələbəsinə gətirib çıxaradacaq. Hətta ABŞ-sız bu müqavilənin saxlanması onların marağındadır.
Amerikanın yeni administrasiyasına qarşı durmaqda avropalıların siyasi iradəsi və bacarığı bəs edəcəkmi? Konkret heç nə demək olmaz. Avropalılar son on ildə ABŞ-la tən gəliblər. O cümlədən 2008-ci ildə Sarkozinin qərarı üzrə NATO hərbi strukturklarına qayıdan Fransa.
"Təkcə Amerika”
ABŞ-ın incə bilicilərindən biri bir neçə gün qabaq bizə deyirdi ki, Tramp "Hər şeydən əvvəl Amerika” deyəndə "təkcə Amerika”nı nəzərdə tutur. Bu, ancaq öz müttəfiqlərinin maraq və rəylərinə etinasız Amerikanın baxış nöqtəsini ifadə edir. Və xüsusən də bir qalaq problemi olan qoca Avropaya etinasızlığı. Onun avropalılara məsləhəti: yuxudan ayılın və ümid etməyin ki, Vaşinqtonda səsinizi eşidəcəklər!
Lakin təəssüf ki, o, avropalılaırın bu cür sıçrayış etmələri üçün konsensus toplamaq iqtidarında olduğuna tam əmin deyil – xüsusən də Avropanın hazırda yaşadığı burulğanlar dövründə. Belə olan halda bu, buna hələ də qabil olduğunu göstərmək üzv ölkələrin borcudur.
Tərcümə Strateq.az-ındır.