8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hər beynəlxalq tədbirin təşkili Azərbaycanın nüfuzunu bir az daha artır. Şərqi Avropa regional qrupunun Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilib.Sözügedən qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Bu isə şübhəsiz ki, ilk növbədə, Azərbaycanın Cənubi Qafqazda ədaləti bərpa etməsi, torpaqlarını işğaldan azad etməsi və uzun illərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsinə qədəm qoyması ilə izah olunmalıdır.İndidən proqnozlaşdırmaq olar ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək. Belə düşünmək üçün kifayət qədər əsaslar var. Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur.Bakı idmandan, mədəniyyətdən siyasi və digər sahələrə qədər ən müxtəlif tədbirlərə ev sahibliyi edib. Bu beynəlxalq tədbirlərə uğurla ev sahibliyimiz bir neçə amillə, o cümlədən yaradılan təhlükəsiz şərait, müasir komplekslərin mövcudluğu, habelə əlverişli iqlim şəraiti və əlbəttə, Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlıdır. Belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi həm də siyasi əhəmiyyətlidir. Rəsmi Bakı hər dəfə hansısa beynəlxalq tədbirə ev sahibliyi etdikcə nəyə qadir olduğunu dünyaya bir daha göstərir.BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
Fərqanə Babayeva
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info