KÖRFƏZ ŞURASI ÖLÜB? –ABŞ-ın mamaçası olduğu qurum daxili didişmələrlə yalnız adını saxlaya bilib - TƏHLİL

KÖRFƏZ ŞURASI ÖLÜB? –ABŞ-ın mamaçası olduğu qurum daxili didişmələrlə yalnız adını saxlaya bilib - TƏHLİL

 

Brüs Ridl

"Əl-Monitor”

 

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Qətəri mühasirəyə almasından bir il sonra Körfəz Əməkdaşlıq Şurası (KƏŞ-in Katibliyi hələ də Riyadda yerləşir) demək olar ki, ölüb.

KƏŞ 1981-ci ilin may ayında İran-İraq müharibəsi zamanı Körfəz monarxiyaları üçün birliyin təmin edilməsi məqsədi ilə yaradılıb. Onun təşəbbüsçüsü Səudiyyə kralı Xaliddir. ABŞ bu qurumun mamaçası olub.

Siyasi birliyin yoxluğuna baxmayaraq, Şura Səudiyyə Ərəbistanı və digər beş monarxiyanın siyasətini əlaqələndirmək və təsirini artırmaq üçün faydalı vasitədir.

2017-ci il iyunun 5-də, prezident Donald Trampın keçən il Riyada etdiyi ilk xarici səfərindən sonra Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirin Qətərlə əlaqələri pozmaq və əmirlikdə ticarətə maneə törətmək barədə qərar qəbul edib.

Səudilərin amerikalılara Qətərə hücuma dair nə dediyi və Tramp komandasının onlara nə cavab verdiyini anlamaq o qədər də asan deyil. Çaşqınlıq – Amerikanın blokadaya olan yeganə təpkisidir və bu hələ də davam edir.

Səudilər Qətərin "əllərini kəsib”. 2017-ci il mayın 28-də vəhhabi məzhəbinin təsisçisi olan Məhəmməd ibn Əbdül Vəhhabın 200 xələfi Səudiyyənin "Ukaz” qəzetində açıq məktub nəşr edib. İlk səhifədə dərc edilən açıq məktub adı açıqlanmayan Körfəz dövlətinin əmirinə ünvanlanıb. Namədə sözügedən əmir Vəhhabın əqidəsinə və təqdir etdiyi davranışa əməl etməməkdə ittiham olunub və əmirlikdəki "Məhəmməd ibn Əbdül Vəhhab” adını daşıyan baş məscidin adının dəyişdirilməsi tələb edilib.

Yalnız bir Körfəz dövlətində belə bir məscidi var – Qətər – dünyadakı digər vəhhabi ölkəsi.

Əslində, bu, təbəələri Tamim bin Həməd əl-Saniyə sadiqlikdən uzaqlaşdırmaq cəhdi idi. Bu dini dağıdıcılıq bir həftə sonra siyasi böhranın təməlini qoyub. Lakin mübahisədə din məsələsini həll etmək daha çətindir. Çünki siyasət – qəlb pul, din isə – qızıl sikkədir.

Bu bahar Vəhhabın xələflərindən biri olan Əbdüllətif bin Əbdüləziz bin Əbdülrəhman Al-Şeyx Səudiyyənin İslam işləri naziri təyin olunub. Nazirlik vəhhabilərin ruhani quruluşunda həlledici mövqedədir, padşahlıq məscidlərində xütbələrin məzmununu təyin edir.

Al-Şeyx Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın müəllimi və müttəfiqidir. Vəliəhd-şahzadə Qətərin blokadasının memarı və ehtimal ki, məktubun arxasında duran əsas simadır.

Səudiyyə və Qətər arasında baş verən siyasi münaqişələr onilliklərlə davam edib. Dohanın müstəqil xarici siyasəti və Riyadın barmaqları arasından görünən işi həmişə fərqli olub. Bütün mübahisələrdə səfirlər geri çağırılıb, lakin incə tellər saxlanılıb. KƏŞ-in işinə və yüksək səviyyəli görüşlər keçirilməsindən təsir etməyib.

Bununla belə, tərəflər arasında güc fərqi həmişə qalıb. Səudiyyə – şahmat taxtasının filləridir. Onlar daim KƏŞ-i NATO-ya nisbətən daha çox Varşava Paktı olmasını nəzərdə tutublar: ittifaqın idarəçiliyi kollegial deyil, o, bir sərmayədarla idarə olunur.

Kiçik körfəz dövlətləri bunu bilir və Səudiyyə hökmranlığının qaçılmaz olacağından qorxduqları üçün hərbi işlərdə və ya vahid valyutada birliyə həmişə müqavimət göstəriblər. Əməkdaşlıq və məsləhətləşmə, lakin inteqrasiya deyil.

Şahzadə Məhəmməd məsələləri köhnə üsulla çözmə qaydasını pozub. Amma KƏŞ-də fərqli düşərgələr var. Məsələn, Səudiyyə düşərgəsi.

BƏƏ siyasi və iqtisadi rəqibi olan Qətəri cəzalandırmaqda maraqlıdır. Əbu-Dabi Dohada yerləşən "Əl-Cəzirə”nin güclü tənqidçisidir.

Bəhreyn KƏŞ-in daha qətiyyətli üzvüdür, çünki Qətərla uzun müddətdir mövcud olan sərhəd mübahisələri var, bəziləri isə indi yenidən açılır. Sünni hökmdar ailəsi əhalisinin əksəriyyəti şiə olan dövləti idarə edir, 2011-ci ilin "Ərəb Baharı”ndan sonra ölkəsinə daxil olan Səudiyyə hərbi qüvvələrindən asılıdır.

Küveyt bu blokun qismən üzvüdür. Keçən il Qətərlə əlaqələri pozmayıb və bəzən Amerikanın dəstəyi ilə mübahisədə vasitəçilik etməyə çalışıb. Lakin Küveyt, xüsusilə 1990-cı ildə İraq işğalından sonra Səudiyyə Ərəbistanından çox asılıdır.

(İraq irredentizmi və onun böyük şiə əhalisinə İranın təsiri ilə əlaqədar dərin qorxuları nəzərə alınaraq, Səudiyyə Ərəbistanının rəhbərliyi Bağdaddakı demək olar ki, bütün məsələləri izləyir). Küveytlilər digər ərəb hökmdarının Yaxın Şərqdəki mövqeyini gücləndirmək üçün kral Salman bin Əbdüləziz əl-Səudun Məkkə sammitində İordaniya üçün beş illik iqtisadi yardım paketi məsələsində Səudiyyəyə dəstək verib.

Qətər özü-özü üçün rejissordur. Bölgədəki ən böyük və ən mühüm Amerika hərbi bazasına sahib olduğundan (Mərkəzi Komandanlığın Qərargahı) Qətərın Vaşinqtonla unikal əlaqəsi var. Birləşmiş Ştatlarda öz maraqları üçün çox aktiv lobbisi fəaliyyət göstərir.

Blokada bu kiçik ölkədə maraqlı bir trend meydana gətirib. Qətərin vətəndaşları (yerli sakinlər, azsaylı xarici işçilər) əmirliyin qatı təəssübkeşi olublar. Qətər millətçiliyi indi daha canlı görünür.

Oman monarxiyaların mübahisələrindən uzaq dayanır. Sultan Qabus həmişə kənar siyasi fiqur olub, nadir hallarda KƏŞ sammitlərində iştirak edir. Onun sultanlığı Yaxın Şərqdə nisbətən Cənubi Asiyaya üz tutub. Musqat üç il bundan əvvəl Yəməndə başlayan Səudiyyə müharibəsinə qoşulmaqdan imtina edib, qalan KƏŞ üzvləri isə husilərə qarşı Səudiyyə koalisiyasına qoşulub. Oman İranla düzgün əlaqələri saxlayır və Qətərə blokada dövründə kömək edir.

Beləliklə, KƏŞ bu gün, heç vaxt olmadığı kimi, ölü durumdadır. Tramp administrasiyası aydın bir səslə danışa bilməyib. Daha da önəmlisi, böhranı görməməzliyə vurur. Hökumətin iki dövlət katibi bölünmənin qarşısını almağa çalışıb, amma bu heç bir fayda verməyib. Bu, Amerikanın zəifliyi və iqtidarsızlığının qeyri-adi nümayişidir.

Həm də bu, İrana qarşı birləşmiş İslam cəbhəsinin – Trampın ötən il Riyadda dəstək verdiyi Fars körfəzi koalisiyasının tar-mar olunması anlamına gəlir. "5 + 1”-dən çıxmaqla, İranı məhdudlaşdırmaq üçün Amerikaya lazım olan birliyin həm regional, həm də qlobal olaraq parçalanması.

Ərəblər arası soyuq müharibələr qalıcı deyil. Lakin ittifaqlar etibarla qurulur. Oğul-Buşun İraqdakı axmaq müharibəsi dövründə NATO-nun xüsusi məsləhətçisi kimi bölgədə olmuşam. Bilirəm ki, artıq orada ABŞ-a tam etibar yoxdur.

KƏŞ – amerikalıların mühüm müttəfiqi idi, indi kiçik intriqa ilə bu müttəfiqlik itirilib.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti