Hökumətyönlü Ermənistan eksperti:“Paşinyanda ölkəni sistemli idarə etmək bacarığı yoxdur” – Təhlil

Hökumətyönlü Ermənistan eksperti:“Paşinyanda ölkəni sistemli idarə etmək bacarığı yoxdur” – Təhlil

 

Sərkis Artsruni

1-in am (Ermənistan), 27.09.2018

 

Ola bilsin, Ermənistan hökumətinin kadr siyasətindən sonra ən zəif yeri hökumətin xaotik addımları haqda təəssürat yaradan, yaxud, heç olmasa, çox vaxt effektsiz çıxan situativ həllin tapıldığı haqda fikir formalaşdıra biləcək konseptual yanaşmadır. Konseptual yanaşmaların yoxluğu hətta baş nazir səviyyəsində ictimai çıxışlarda mübahisələrə səbəb olur.

Ermənistan cəmiyyəti bu faktları hələ görmür, çünki biz inqilabi eyforiya rejimində yaşayırıq, bu zaman beynəlxalq çərçivələrdə təzad nəinki qeydə alınır, həm də bu haqda bəzi nəticələr çıxarılır. Məsələn, Nikol Paşinyanı DQR (Dağlıq Qarabağ-red.) məsələsində hətta Bakıda da ziddiyyətlərdə "yaxalayırlar” – ola bilsin, baş nazirin Qarabağ siyasəti haqda ciddi beynəlxalq ekspertlər də danışmasaydılar, Bakının "diqqətli” mövqeyi həyəcan doğurmazdı da. Lakin Ermənistanın müvəqqəti və yaxud inqilabi hökumətinin siyasəti təkcə Qarabağ məsələsində ardıcıllıqdan qırağa çıxmır.

İyun-iyulda iqtisadi fəaliyyətin fəallaşması Nikol Paşinyanın baş nazirliyinin 100 günlüyünə həsr edilmiş müsahibədə, hətta böyük mitinqdə də indiki hökumətin bütün bəyanatlarını danışıqsız müdafiə edənlər tərəfindən də misli görünməmiş hesab edilən brend mövzu olub. Hətta baş nazir Nikol Paşinyan 17 avqust mitinqində bu əsasda bildirib ki, Ermənistanda iqtisadi inqilab başlanıb. Amma hökumətin və baş nazirin bu məsələdə ruh yüksəkliyi, yumşaq deyilsə, çox qısa müddət çəkib.

Baş nazir bir neçə gün qabaq Nyu-Yorkda Erməni-Amerika təşkilatlarının təmsilçilərilə görüşəndə məcburən boynuna alıb ki, əslində, heç bir iqtisadi fəallıq olmayıb, çünki artım hökumətin  səyləri və yaxud iqtisadi amillərlə deyil, ancaq futbol üzrə dünya çempionatı ilə şərtlənib – həmvətənlərimiz bu zaman mərcə xeyli pul qoyublar.

İndi təsəvvür edin ki, ən yüksək səviyyəli bu bəyanatlar arasındakı təzad potensial yatırımçılarda hansı təəssüratlar buraxacaq.

Yaxud Nikol Paşinyan Nyu-Yorkdakı həmin görüşdə hərfiyyən bildirib ki, İrəvan Ağsaqqallar Şurasına seçkilər göstərib ki, əks-inqilab haqda danışıqlar yalandır. Yenə də aydın deyil ki, baş nazirin qeydi kimə ünvanlanıb, çünki İrəvanda seçkiqabağı kampaniya zamanı anaq o, proses iştirakçılarını "ağlar” və "qaralar”a bölərək əks-inqilab təhlükəsi haqda xəbərdarlıq edib. Biz düşünmək istəmirik ki, baş nazir iki epizoddan birində auditoriyalardan biriylə manipulyasiya etməklə səmimi deyildi. Hətta demək olar ki, Paşintan hər iki halda səmimiydi, amma sistemili deyil, situativ yanaşmanı rəhbər tutub.

Nikol Paşinyan komandasına əsas meydanoxuma hətta kadr siyasəti də deyil, yeni sistem formalaşdırmaq bacarıqsızlığıdır, nəticədə hətta uğurlu kadr potensialı da effektli istifadə olunmur. Məsələn, xarici işlər naziri Zöhrab Mantsakanyan danılmaz peşəkardır, amma ola bilsin, o, siyasi qərar qəbul edilən qrupa inteqrasiya olunmayıb, nəticədə xarici siyasətdə çoxlu çatışmazlıq görürük.

Gerçəklikdə Ermənistanda ciddi əks-inqilabçı qisas təhlükəsi yoxdur – fəaliyyətdəki hökumət ancaq ona görə uğursuzluğa uğraya bilər ki, effektli yönətmə sistemi yarada bilmir.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti