SON DƏQİQƏ! Faxralı sakinləri kəndin içində 5G stansiyasının qurulmasına etiraz edirlər.. -Foto/Video

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinləri etiraza qalxıb.
Sozcu.info Qafqaz.media-ya istinadən xəbər verir ki, buna səbəb mobil rabitə operatorlarından birinin 5G dalğalarını ötürmək üçün istifadə etdiyi baza stansiyasını kəndin içində, yaşayış evlərinə yaxın ərazidə quraşdırmaq istəyidir.
Sakinlər deyir ki, əslində, qanunla bu tip stansiyalar yaşayış məntəqəsindən 20 km məsafədə yerləşdirilməlidir. Buna baxmayaraq, mobil rabitə operatoru ötən ilin may ayında olduğu kimi, indi də kənd sakinlərinin etirazına rəğmən, Faxralıda stansiya quraşdırmağa cəhd edir.
Əldə etdiyimiz məlumata əsasən, ötən il stansiya quraşdırmaq üçün qazılan quyunun ətrafına bu gün yenidən müxtəlif növ materiallar tökərək, tikintiyə başlamağa cəhd ediblər. Lakin şirkət əməkdaşlarının bu qanunsuz hərəkəti sakinlər tərəfindən ciddi etiraza səbəb olub.
Kənd sakinlərinin məlumatına görə, hazırda sakinlər mobil operatorun əməkdaşlarını kənddən uzaqlaşdırmaq üçün aksiya keçirirlər. Onlar bildirirlər ki, radiasiya təhlükəsi səbəbindən antenaların qurulmasına icazə vermək istəmirlər.









Oxşar Xəbərlər

Xəbər lenti