Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
"Müğənnilik qadın sənəti deyil"
“İran təslim olmayacaq”
Milyardlıq dərmanlar işə yaramadı —
Tibbdə qalmaqal
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb –
“telefon üçün çətirlər”
Azərbaycanlı iş adamı yenidən gündəmdə:
Qod Nisanov üçün tarixi qərar
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
“ChatGPT”də problem yarandı
Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət ÖDƏYƏCƏK
İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
Əvvəlki
Sonrakı
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Binəqədi rayonu Səttar Bəhlulzadə 23 ünvanında özbaşınalıq:
Mənzil sahiblərinin xəbəri olmadan evləri söküldü - VİDEO
Binəqədi rayonu Səttar Bəhlulzadə 23 ünvanında qeydiyyatda olan və mülkiyyət sənədi olan orderləri olan bir qrup sakin onlara məxsus olan mənzillərin xəbərləri olmadan söküldüyünü bildirib.
Belə ki, 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsi dövründə məcburi köçkün düşən şəxslərin qeyd edilən ünvandakı yataqxanada məskunlaşması nəticəsində həmin mənzillərin qanuni sahibləri məcburi köçkünlərin durumuna görə yaşadıqları mənzillərdən çıxmaq məcburiyyətində qalıblar. 2018-ci ildə isə məcburi köçkünlərə dövlət hesabına Qobu Park yaşayış kompleksində mənzillər verilib. Bundan sonra vaxtilə evlərini tərk edən şəxslər qeydiyyatda olduqları mənzillərə yenidən sahib çıxmağa çalışıblar. Artıq məcburi köçkünlərin onlara məxsus evlərdən çıxarıldığını eşidən şəxslər Səttar Bəhlulzadə küçəsinə gəldikdə isə gözlərinə inanmayıblar. Məlum olub ki, artıq bina yoxdur və sökülüb. Yataqxana binasının yerində isə "Ümid VQM" MMC tərəfindən çoxmərtəbəli bina tikilir.
Məsələni yerində araşdırmaq üçün Publika.az-ın çəkiliş qrupu adıçəkilən ünvana yollanıb.
Uzun illər məcburi köçkünlərin ona məxsus olan evdən çıxarılacağını gözləyən Almaz Eyvazova bildirib ki, oğlu Vasif Abdullayev Birinci Qarabağ müharibəsi veteranıdır. Onun oğlu müharibədə olarkən boş qalmış evinə məcburi köçkünlər yerləşdirilib. A.Eyvazova əlavə edib ki, Səttar Bəhlulzadə 23 ünvanında qeydiyyatda olan şəxslər sovet dövründə müxtəlif müəssisələrdə işləyən fəhlələrdir:
“15 may 1992-ci ildə o zamankı Tikinti Nazirliyinin 64 nömrəli əmri ilə bu yataqxana Nərimanov Rayon İcra Hakimiyyətində mənzil şəklində bölüşdürülüb. Həmin dövrdən bu günə qədər burada qeydiyyatda olanların heç birinin yaşayış hüququna xitam verilməyib. Bu yataqxana sökülərkən bizim heç birimizdən razılıq ərizəsi alınmayıb. Qeydiyyatda olduğumuz ünvanı bizdən icazəsiz söküblər.
Hətta bizi başqa yerə də yerləşdirməyiblər. Halbuki Tikinti Nazirliyinin əmrində göstərilirdi ki, yataqxana mənzil şəklində bölüşdürülsün və 4 nömrəli Tikinti İdarəsinin fəhlələrinə verilsin, üstəlik, orada yaşayan fəhlələr başqa yerlərə yerləşdirilsin. Yəni həmin əmrə əsasən heç bir sakinin kənarda qalması nəzərdə tutulmayıb. Nərimanov Rayonunun keçmiş icra başçısı isə qanunsuz şəkildə mənzilləri bölüşdürüb, order verib, amma burada qeydiyyatda olanların yəni, bizim bundan xəbərimiz olmayıb. 26 ildir biz yollardayıq. Biz hazırda kirayələrdə yaşayırıq. Amma faktiki qeydiyyatda olduğumuz ünvanda “Ümid” MMC tikinti aparır.
Bizə heç bir kompensasiya verilməyib. Yata
qxana da qeyri-qanuni olaraq sökülüb. Üstəlik, order verilən sakinlər də indi çöldə qalıblar. Onların da, qeydiyyatda olanların da hüquqları pozulub. Şəxsiyyət vəsiqəmizə baxın (çıxarıb göstərir) qeydiyyat yerimiz buradır, amma mənzilimiz sökülüb, bina yerində yoxdur. Bina Binəqədinin ərazisindədir, departamentin balansındadır, Nərimanov rayon İcra Hakimiyyətinin məmurları isə söyləyir ki, bina bizim balansımızdan çıxıb.
Bakı Şəhər Mənzil Kommunal Departamenti deyir ki, bizim balansımızda olsa da Binəqədinin ərazisi olduğu üçün cavabdeh deyilik. Binəqədinin icra hakimiyyəti nümayəndələri də eyni cavabı verirlər. Dünən mənə deyiblər ki, aidiyyatı orqanlar sizin məsələnizə baxacaqlar. Aidiyyatı orqanlar kimlərdir?!”.
Başqa bir iddiaçı, daha doğrusu, şikayətçi qeydiyyat məsələsi ilə bağlı üzləşdiyi problemi dilə gətirib:
“Mənim atam rəhmətə gedib, qeydiyyatda olduğum ünvan söküldüyü üçün dəfn pulunu ala bilmirəm, deyirlər ki, gedib arayış gətirməliyəm. Yaşadığım yer hazırda söküldüyü üçün aidiyyatı qurumlar arayış da verə bilmirlər. Buranı kimlərin sökdüyünü, kimlərin icazəsi ilə tikinti aparıldığını bizə demirlər. Şirkətin rəhbəri ilə görüşəndə deyib ki, tikintiyə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı icazə verib. Hələ deyilənə görə, binanın birinci mərtəbəsini, yəni qeyri-yaşayış sahəsini Binəqədi rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə verəcəklər".
Şikayətçi Yaşar Səfərov söyləyir ki, aidiyyatı qurumlara dəfələrlə müraciət ediblər, ancaq cavab verən yoxdur:
“Deyirlər ki, sizin burada mülkiyyət hüququnuz yoxdur. Binəqədi rayon İcra Hakimiyyətindən də bizə eyni sözü söylədilər. Deyirlər ki, həmin bina bizim balansımızda deyil. Amma faktiki olaraq bina Binəqədi rayonunun ərazisində yerləşir. Hər kəs bir-birinin üzərinə atır. Biz səsvermə hüququndan məhrum olmuşuq. Seçkilərdə səs verə bilmirik”.
Murad adlı şəxs isə söyləyir ki, nə arayış ala bilir, nə də rəsmi şəkildə hər hansı quruma müraciət etmək mümkündür:
“Deyirlər ki, bina yoxdursa, sənə arayış verə bilmərəm. Biz 1980-ci illərdən burada yaşayırıq. Mənim oğlum, nəvələrim də burada qeydiyyatdadırlar. Amma bina söküldüyü üçün hamımız “hava”dayıq. Hətta o vaxt qaçqınlar gələndə biz əşyalarımızı da qoyub çıxdıq ki, pis durumdadırlar, onlar üçün saxladıq”.
İddiaçılarla birgə hazırda ərazidə tikinti aparan “ÜMİD VQM" MMC-nin ofisinə yollandıq ki, qarşı tərəfin də mövqeyini öyrənək. İddiaçılar binaya daxil olsalar da, ərazidə tikinti aparan ofisin əməkdaşları çəkilişə icazə vermədilər və açıqlama verməyə məcbur olmadıqlarını söylədilər.Amma iddiaçılardan bir-iki nəfər içəridə qalaraq MMC əməkdaşları ilə məsələni aydınlaşdırmağa çalışdılar. İddiaçı Yaşar Səfərovdan içəridə olub-bitənlərlə bağlı soruşduq:
“Bizə dedilər ki, icazə əsasında tikinti aparırlar. İcazəni isə Binəqədi rayon İcra Hakimiyyətindən aldıqlarını söylədilər və bizi nə şikayətimiz varsa, icra hakimiyyəti ilə dəqiqləşdirməyimizi istədilər”.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyevin açıqlamasında bildiri ki, bina qəzalı olduğu üçün sökülüb: "Binəqədi rayonu, Səttar Bəhlulzadə 23 saylı ünvanda 3 saylı yataqxana binası 17.08.2018-ci ildə aidiyyəti məsul qurumların araşdırılması nəticəsində qəzalı elan edilib. Binanın texniki vəziyyəti haqqında 17.08.2018-ci il tarixli Akta əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xəttlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınıb.
Akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailələri 17.08.2018-ci ildə Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən köçürülüb. Əlavə məlumat üçün qeyd edək ki, qəzalı yataqxanaya dair 1990-1994-cü illərdə order almış və orada ümumiyyətlə yaşamamış şəxslərin problemləri ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib”.
İcra Hakimiyyətindən verilən açıqlamada vaxtilə mənzillərini məcburi köçkünlərin müvəqqəti yaşaması üçün tərk etmiş şəxslərin probleminə aydınlıq gətirməməklə yanaşı məsələnin hələ uzanacağını göstərdi.
Şikayətçilər sonda bildirdilər ki, hüquqlarının bərpa olunması üçün sona qədər mübarizə aparacaqlar və müxtəlif dövlət qurumlarına müraciət edəcəklər.
Oxşar Xəbərlər
Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər
QARABAĞA İLK MƏRHƏLƏDƏ ONLAR QAYIDACAQ
Tender "canavar"larının Bakıdakı "sirli" ünvanı
Qarabağa ilk onlar qaytarılacaq -
Xəbər lenti
Azərbaycanda bu ərazilərə qar yağır
Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
Piyada keçidində qəza ölümlə nəticələndi
"Müğənnilik qadın sənəti deyil"
“İran təslim olmayacaq”
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
Bu ərazilərdə su kəsildi
Milyardlıq dərmanlar işə yaramadı —
Tibbdə qalmaqal
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb –
“telefon üçün çətirlər”
Azərbaycanlı iş adamı yenidən gündəmdə:
Qod Nisanov üçün tarixi qərar
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
Trampa qarşı sui-qəsd cəhdi saxta olduğu iddiaları artır
“ChatGPT”də problem yarandı
Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət ÖDƏYƏCƏK
İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
TƏCİLİ!
Prezident fərman imzaladı
Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycanlı müğənni arıqlayıb tanınmaz hala düşdü -
FOTOLAR
Azərbaycanda məşhur sığorta şirkəti ləğv OLUNUR
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Ceyhun Bayramov Baş nazirlə görüşüb -
FOTO
İlham Əliyev:
Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi -
FOTO
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
FOTO
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfər həbs olunub
Xameneidən TƏCİLİ AÇIQLAMA:
İran donanması döyüşə hazırdır!
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Bunu “Sea Breeze”də elan etdilər
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
19 aprel ilə bağlı XƏBƏRDARLIQ
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
DYP sürücülərə müraciət etdi
Hava ilə bağlı XƏBƏRDARLIQ
Əhaliyə ŞAD XƏBƏR:
Bu gün pulsuz OLACAQ
Gecə saatlarında ağır qəza -
7Yarali
Birinci xanımlar Antalya Forumunda -
FOTO
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Azərbaycanda bu ərazilərə qar yağır
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
Bu ərazilərdə su kəsildi
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...