8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Fevralın 7-də Tayvanın şərq sahillərində 5 bal gücündə yeni zəlzələ baş verib. Bu barədə Çinin seysmoloji xidməti bildiri.
Yeraltı təkanlar yerli vaxtla 19:13-də Hualyan rayonunu yaxınlığında dəniz akvatoriyasında qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 13 kilometr dərinlikdə yerləşib.
Son məlumata görə, fevralın 6-da gecə saatlarında elə həmin rayonda baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində, 6 nəfər həlak olub, 258 nəfər isə yaralanıb. Təbii fəlakətdən sonra 76 nəfərlə hələ də əlaqə yaratmaq mümkün olmayıb və onlar itkin düşmüş sayılır.
Şəhərdə bir neçə bina dağılıb, körpülər zədələnib, yol örtüklərində çatlar yaranıb. Hazırda 1,3 min mütəxəssisin cəlb olunduğu axtarış-xilasetmə işləri davam edir.(AZƏRTAC)