OPEK NEFT QİYMƏTLƏRİNİ ENDİRMƏYİ TƏLƏB EDƏN TRAMPA QARŞI –Qiymətlər gələn il 100 dolları ötəcək – Araşdırma

OPEK NEFT QİYMƏTLƏRİNİ ENDİRMƏYİ TƏLƏB EDƏN TRAMPA QARŞI –Qiymətlər gələn il 100 dolları ötəcək – Araşdırma

 

Xavyer Blas, Hisu Li, Alfred Kanq, Den Mertaf

Bloomberg (ABŞ), 24.09.2018

 

Aparıcı ticarət evləri 2014-cü ildən bəri ilk dəfə neft qiymətlərinin bir  barrelə 100 dollar səviyyəsinə qaydışını proqnozlaşdırır, OPEK isə öz müttəfiqlərilə İran ixracatına qarşı Amerika sanksiyalarından itkilərin yerini doldurmağa uğursuz cəhd göstərir. "Brent” markalı neftin qiyməti bazar ertəsi, az qala, dördillik maksimuma qalxıb.

Neft ixracatçısı ölkələrdən hasilatın həcmini çoxaltmağı tələb edən prezident Donald Tramp qiymətlərin məhz bu cür sıçrayışına yol vermək istəmir. Amma kartel öz müttəfiqlərilə birlikdə Əlcəzairdə bazar günü görüşündə çoxmənalı siqnallar verib və son  nəticədə aydın işarə vurub ki, neft qiymətlətrinin sürətlə endirilməsi haqda ABŞ-ın tələblərinə təslim olmağa hazırlaşmır.

İran tərəfdən təklifin azalması əlamətlərilə birlikdə OPEK-in tərsliyi nikbin proqnozlar və Asiyanın neft sahəsi təmsilçiləri, treyderlər, neft emalçıları və bankirlərin bazar ertəsi Sinqapurda başlanan illik görüşündə olduqca dalaşqan əhvali-ruhiyyə doğurub.

"Bazarın dördüncü rübdə təklifin həcmini gündə iki milyon barrel mümkün endirməyə qarşı cavabı yoxdur, – "Mercuria Energy Group”-un həmqurucusu Daniel Yeqqi Asiya-Sakit okean neft konfransındakı (APPEC) çıxışında bildirib. – Mənim fikrimcə, bir barrelin qiymətinin 100 dollardan yuxarı qiymət sıçrayışını istisna etmək olmaz”.

 

Sanksiyaların sərtləşdirilməsi  

 

"Trafigura Group” şirkətinin neft treydinqi bölməsinin həmdirektoru Ben Lakok bildirib ki, Tramp may ayında İranın neft sektoruna qarşı sanksiyaların təzələndiyini bildirərkən, bazar hesablayıb ki, hasilat gündə 300-700 barrel azalar. Amma hazırda çoxluq meyllidir ki, hasilatın azalması gündə yarım milyon barrel təşkil edəcək, çünki Birləşmiş Ştatlar sanksiyalar tədbirinin gerçəkləşməsinə "inanılmaz dərəcədə ciddi” həvəsdədir.

Lakok APPEC-in konfransında deyib ki, İran "əvvəlkindən xeyli az, sanksiyaların tətbiq edildiyi anda çoxlarının gözlədiyindən daha az” hasil edəcək. Onun dəyərləndirməsinə görə, neftin qiyməti Milad bayramına doğru 90 dollara, 2019-cu ilin başlanğıcında 100 dollara qədər artacaq. Dünya neftinin yarısı üçün etalon olan "Brent” markası London vaxtıyla səhər saat 09.44-ə qədər bir barrelə 80,79 dollar təşkil etməklə 2,5% bahalaşıb. Bu, 2014-cü ildən bəri ən yüksək qiymətdir.

OPEK təkcə təklifi pozan İrana qarşı Amerika sanksiyaları ilə mübarizə aparmağa məcbur olmur. İqtisadi böhran üzündən Venesuelada da azalma baş verib. Amerikada ən böyük yeni tədarük qaynağı olan şistli neft hasilatı artan çətinliklərlə üzləşir, çünki boru kəmərlərindəki problemlər və işçi qüvvəsi çatışmazlığı artıma mane olur.

 

OPEK gözləyir 

 

Dünyanın ən böyük neft hasil edən ölkələri problemlərin təcilli həll tələb etdiyi bu mürəkkəb şəraitdə bazar günü baş tutmuş Əlcəzair görüşündə gözləmə mövqeyi tutub. Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri iddia edir ki, bazarın tələbatını ödəmək üçün onlarda rezerv imkanlar var, amma bundan preventiv istifadə etmək istəmirlər.

"Bizim planımız tələbatı ödəməkdən ibarətdir, – Səudiyyəli energetika naziri Xalid əl-Falih deyib. – Səudiyyə Ərəbistanının hasilatı artırmadığının səbəbi bundan ibarətdir ki, bütün alıcılarımız nefti onlara gərəkən tam həcmdə alırlar”.

Nazir konkret həcmi göstərməməklə yanaşı bildirib ki, Səudiyyə krallığı sentyabr-oktyarbda hasilatı çoxaltmaq niyyətindədir. Belə bəyanat yüksəlməyə oynayan –Uoll-Stritdəki bankirlərin davranışında əks olunub, amma bəzi qeyd-şərtlərlə. "Bank of Amerika”da xammalların araşdırılmasına başçılıq edən Fransisko Blanç bazar ertəsi müştərilər üçün xidməti qeyddə yazıb ki, OPEK-in siqnalları "neft qiymətlərinin sıçrayışı ehtimalına işarə edir və bu şəraitdə 2008-ci ildə olduğu kimi, çöküş ehtimalı yüksəlir”.

"Brent” markası 10 il qabaq bir barrelə görə, demək olar, 150 dollara qədər sıçrayıb, amma bir neçə aydan sonra qiymət çöküşü baş verib, çünki yanacağın yüksək qiymətləri və kürəsəl maliyyə böhranı tələbatın azalmasını törədib.

Bu dəfə ABŞ-la Çin arasında güclənəın ticarət savaşı Asiyada iqtisadi artım təhlükəsi yaradır, inkişaf etməkdə olan ölkələrdəki hərc-mərclik isə qiymətin yüksəlməsindən kürəsəl tələbat artımına təsiri gücləndirə bilər.

Müştərilər üçün xidməti qeyddə yazılıb ki, "Bank of Amerika”nın gələn ilə əsas ssenarisi bir barrelə, təxminən, 80 dollardır.

"Citigroup” hesab edir ki, neft artıq dördüncü rübdə bu səviyyəyə qalxacaq və hesab edir ki, qiymət artımı bundan sonra da davam edə bilər. Qeyd müəllifləri, o cümlədən Ed Mors bildirirlər: "Tarazlıq etibarsızdır, neft hasilatı rezervi olmadığına görə isə tamamilə 90 və hətta 100 dollardan yuxarı qalxa bilər – bazarın bütün potensial riskləri gerçəkləşərsə”.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}